4 il universitet oxuyanla ustanın qazancı eyni olmalıdır?

Redaktor

05.02.2026 11:22
266

4 il universitet oxuyanla ustanın qazancı eyni olmalıdır?

İş dünyasında maraqlı bir paradoks diqqət çəkir: universitet diplomu olan gənclər və fiziki iş görən, lakin ali təhsil almayan şəxslər bəzən eyni maaşı alırlar. Hər iki tərəf eyni iş saatlarını sərf edir, eyni zəhməti çəkir, amma birinin illərlə davam edən təhsil prosesi var, digəri isə təhsil xərci olmadan birbaşa iş həyatına atılıb. Bu vəziyyət universitet məzunları arasında narazılığa səbəb olur və suallar doğurur: “Bəs bizim təhsilimiz niyə əlavə dəyər yaratmır?”

Universitet təhsili olanla olmayanın eyni maaşı alması normal haldırmı? Ümumiyyətlə, niyə belə bir fikir var ki, universitet diplomu olan daha çox qazanmalıdır? Çünki bəzən müxtəlif peşələrdə olan şəxslərin çox yüksək qazandıqlarını görürük.

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a bildirib ki, Azərbaycan universitetləri dəyər yaradır. Ancaq bu dəyər bizim gözləntilərimizin altındadır:

“Biz daha çox dəyər istəyirik. Məzun olan kimi iş tapacağımızı düşünürük. İstəyirik ki, universitet bizi birbaşa işlə təmin etsin. Bizim XXI əsrdə bunu gözləməyimiz sərbəst iqtisadi modellərdə artıq mümkün deyil. Universitetlər bir biznes müəssisəsi kimi daha çox tələbə cəlb etməyə çalışır. Tələbələr də həmin universitetlərdə daha çox bilik əldə etmək üçün canla-başla səy göstərməlidirlər. Əgər tələbələr universitetin verdiyini tam almasa, ondan tam bəhrələnməsə, özünü inkişaf etdirməsə, əlbəttə, işsiz qalacaq. Çünki universitet nə qədər biznes müəssisəsi kimi fəaliyyət göstərsə belə, hələ də sovet dövrünün ənənəsini özündə daşıyır. Yəni orada çoxlu kadrlar var ki, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. Ona görə də bəzən universitetin verdiyi təhsil əmək bazarının ehtiyacına uyğun olmur. Universitetlər təkmilləşmədə gecikir, bazarın ehtiyacını qarşılamaqda, sənaye ilə əməkdaşlıq etməkdə ləngiyir. Bu, dünyanın bir çox ölkəsində də belədir. Universitetlər bir çox halda dəyər yaratmır, sadəcə təhsil və diplom verir. Əsas dəyəri tələbə yaradır. Tələbə öz dövrünün tələblərinə uyğun səriştə və bacarıqları öyrənə, biliyini istifadə edə, məhsula və xidmətə çevirə bilirsə, o zaman özündə bir dəyər yaradacaq”.

Q.Məhərrəmovun sözlərinə görə, universitet bitirməyənlərin təhsilli şəxslə eyni maaşı alması o deməkdir ki, gələcəkdə yaxşı iş sahibi olmaq üçün universitet mütləq şərt deyil: “Bir insan təlim, internet, kurslar və sertifikatlar yolu ilə özünü inkişaf etdirə bilər. Universitet sadəcə onlarla müəssisədən biridir. Şərt deyil ki, şəxs hansısa universitetdə oxusun, çünki artıq universitetin ona verəcəyi təhsili o, başqa yollarla da öyrənə bilər. Xüsusilə xidmət sahəsində işləmək üçün universitetə ehtiyac yoxdur. Sadəcə o biliyi, savadı və səriştəni göstərə bilirsənsə, həmin işi görə bilərsən. İnsanlar iş üçün müraciət edəndə, onlardan diplom yox, nəyi bacardıqları soruşulur. Əgər o, lazım olan işi yerinə yetirə bilirsə, artıq işə götürülür. Yəni bu, o deməkdir ki, universitetin verdiyi diplomun artıq son istifadə tarixi keçib. Universitet diplomu mütləq şərt deyil”.

“Xidmət sahəsində olan peşələr — məsələn, kondisioner ustası, santexnik, maşın motoru ustası və digər bu kimi sahələrdə — əgər həmin xidməti göstərən az adam varsa və göstərilən xidmət qarşılığında real dəyər yaranırsa, əlbəttə ki, o, yaxşı maaşa layiqdir. Şərt deyil ki, universitet məzunu olsun. Nəticədə o, saatını, peşəkarlığını və mütəxəssisliyini ortaya qoyur. Eləcə də o, universitetdə çalışan müəllimdən və ya tələbədən daha az əhəmiyyətli bir ehtiyacı qarşılamır. Yəni önəmli bir ehtiyacı qarşılayırsınızsa, şərt deyil ki, universitet məzunu olasınız. Həmin ödəniş sizin haqqınızdır. Ona görə də mən düşünürəm ki, bir ev tikən usta ilə illərlə orta məktəbdə çalışan müəllim arasında bu mənada səviyyə fərqi yoxdur. O da bir peşəkardır, bu da. Ona görə də “müəllimin maaşı niyə azdır, ya çoxdur?” kimi müqayisə aparmaq düzgün deyil. Əgər o, öz sahəsinin mütəxəssisidirsə, yüksək maaş almaq onun haqqıdır” – deyə ekspert bildirib.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...