Redaktor
2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
Dünyanın ən varlı 20 milyarderinin ümumi sərvəti təxminən 3,8 trilyon dollara çatır ki, bu da Yer kürəsindəki bir çox ölkənin ümumi daxili məhsulunu üstələyir.
Valyuta.az xəbər verir ki, bu sərvət artımı xüsusilə 2020-ci ildən sonra diqqətçəkici templə davam edib.
Həmin il “Amazon”un qurucusu Ceff Bezos 145 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı sayılırdı. 2026-cı ildə isə bu mövqeyə 714,2 milyard dollarlıq sərvəti ilə İlon Mask yiyələnib. O, tarixdə 700 milyard dollar sərvət həddini keçən ilk şəxs olub.
Son altı ildə Maskın sərvəti 30 dəfə artaraq rekord həddə çatıb. Bu artımın əsas mənbələrindən biri onun “SpaceX”dəki 366 milyard dollarlıq payıdır. Hazırda 800 milyard dollarla qiymətləndirilən şirkətin, 2026-cı ildə mümkün IPO nəticəsində 1,5 trilyon dollar dəyərə çata biləcəyi gözlənilir.
Siyahının ikinci pilləsində “Google”un həmtəsisçisi Larri Peyc qərarlaşıb - onun sərvəti 257,7 milyard dollardır. 2025-ci ildə “Alphabet” səhmlərinin 63 faiz artması, Peycin sərvətində əhəmiyyətli yüksəlişə səbəb olub.
Səkkizinci yeri tutan “Nvidia” şirkətinin baş direktoru Censen Huanq isə 162,5 milyard dollar sərvətlə siyahıda ön sıralardadır. Son yeddi ildə “Nvidia” səhmlərinin 4200 faizdən çox artması, onu sərvəti ən sürətlə artan milyarderə çevirib.
Əvvəllər dünyanın ikinci ən varlı adamı olan Bill Qeyts isə bu gün 18-ci pillədədir. Onun sərvətindəki durğunluğun əsas səbəbi - “Bill və Melinda Qeyts Fondu” da daxil olmaqla müxtəlif xeyriyyə təşəbbüslərinə on milyardlarla dollar köçürməsidir.
Ən varlı 10 milyarderin sərvəti (2026)
İlon Mask: 2026-cı il sərvəti: 714,2 mlrd. $
2020-ci il sərvəti: 24,6 mlrd. $
Larri Peyc: 2026-cı il sərvəti: 257,7 mlrd. $
2020-ci il sərvəti: 58,4 mlrd. $
Ceff Bezos: 2026-cı il sərvəti: 251,4 mlrd. $
2020-ci il sərvəti: 145,1 mlrd. $
Larri Ellison: 2026-cı il sərvəti: 242,6 mlrd. $
2020-ci il sərvəti: 59,0 mlrd. $
Serqey Brin: 2026-cı il sərvəti: 237,8 mlrd. $
2020-ci il sərvəti: 49,1 mlrd. $
Mark Zukerberq: 2026-cı il sərvəti: 226,5 mlrd. $
2020-ci il sərvəti: 68,8 mlrd. $
“Bernar Arno” və ailəsi: 2026-cı il sərvəti: 193,9 mlrd. $
2020-ci il sərvəti: 91,5 mlrd. $
Censen Huanq: 2026-cı il sərvəti: 162,5 mlrd. $
2020-ci il sərvəti: 4,7 mlrd. $
Uorren Baffet: 2026-cı il sərvəti: 147,5 mlrd. $
2020-ci il sərvəti: 73,4 mlrd. $
Amansio Orteqa: 2026-cı il sərvəti: 147,0 mlrd. $
2020-ci il sərvəti: 60,5 mlrd. $
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026