"Təlimlərdə əməkdaşla birlikdə rəhbər də iştirak etməlidir, çünki..."
Elşən Bədirxanov
İdarəetmə üzrə konsultant, təlimçi, mentor
Hrworld-un məlumatına əsasən dünya üzrə L&D xərcləri 400 mlrd dolları aşıb. Araşdırmalar göstərir ki, əksər hallarda verilən biliklərin təqribən 10%-i tətbiq edilir. Bu rəqəmləri artırmaq üçün bir neçə vacib amil var, öz təcrübəmdən bəzilərinə toxunacam.
* Məşhur isveç psixoloqu Anders Erikson sübut etmişdi ki, nədəsə peşəkar olmaq üçün vacibi sərf edilən vaxt yox, onu necə sərf etdiyindir. Ən uğurlu insanlar öyrənmə prosesini xırda hərəkətlərə bölürdülər. Məsələn, eyni zərbəni günlərlə məşq edirlər, xırda düzəlişlər edib təkimilləşdirirlər. Erikson bunu “süurlu praktika” adlandırmışdı: çoxsaylı təkrar, dərhal feedback, korreksiya və eksperimentlər.
Hər dəfə təkmilləşdirilmə üçün konkret bir, ən vacib, mövzu seçin. Hərdən bir gün ərzində keçirilən təlimə 10 mövzu daxil edilir və nəticədə fokus itir. Ümumi liderlik əvəzinə daha konkret mövzulardan biri: situativ liderlik, səlahiyyətlərin ötürülməsi, feedback, konfliktlərin həlli və s.
* Hər təlimdən sonra tətbiq planını həyata keçirin. Gözləməyin ki, əməkdaşlarınız özləri sehrli şəkildə təlimdən sonra dəyişəcəklər. Vərdişə düşənədək onlar əsasən birbaşa rəhbəri və HR biznes-tərəfdaşı tərəfindən müşahidə edilməli, dəstək göstərilməli, düzgün feedback-lar verilməli, komanda ilə nəticələr müzakirə edilməlidir.
* Bunu etmək üçün təlimlərdə iştirakçılarla birlikdə onların birbaşa rəhbərləri də iştirak etməlidir. Niyə? Çünki eyni dildə danışmalıdırlar. Bu, həm də əməkdaşları təlimə daha ciddi yanaşmağa sövq edir. Təlimdən sonra birbaşa rəhbər əməkdaşlarına öyrəndiklərini tətbiq etməyə kömək etməlidir (özü nümunə olmaqla), tətbiqi müşayiət edib, düzgün feedback verməlidir. Dəfələrlə şahidi olmuşam ki, rəhbərlər təlimdə iştirakını lazım bilmirlər (hər şeyi bildiklərini hesab edirlər), yaxud özlərinə sığışdırmırlar.
* Təlimə məsul olan şəxslərin (birbaşa rəhbərin və HR-ın) hədəfləri əsasən prosesyönümlü yox, nəticəyönümlü olmalıdır (neçə təlim keçirildi yox, qısa və orta vadəli nəticəsi necə oldu).
* Yeni bilikləri tətbiq etmək üçün şərait olmalıdır: məsələn, səhvlərə görə cəza yox, dəstək mühiti.
Mənə təlim sifariş edən bütün şirkətlərə təklif edirəm ki, ödənişsiz olaraq məsul şəxslərlə birlikdə bir online görüşü əldə edilən biliklərin tətbiqi üzrə addımlar planının hazırlanmasına sərf edək. Bu tədbirlər əməkdaşlarınızın öyrədilməsinə yatırdığınız vəsaiti xərcdən investisiyaya çevirəcək!

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır
20.07.2026İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq
20.07.2026"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM
20.07.2026ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilər
20.07.2026Rabitəbank tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib ®
20.07.2026AI dövründə kimlər daha uğurlu olacaq? Palantir CEO-su iki qrupun adını çəkir
20.07.2026"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək
20.07.2026İnsanları anlamaq: İş dünyasının ən vacib bacarıqlarından biri
20.07.2026"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat
20.07.2026Şahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı
20.07.2026İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"
20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
20.07.2026"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı
20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
20.07.2026"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"
20.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
20.07.202610 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
20.07.2026Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb
20.07.2026