Redaktor
Azərbaycanda iki universitetə 27 milyon manat ayrılıb
“2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsindən 27 milyon manat ayrılması nəzərdə tutulub”.
Valyuta.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub:
“2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.
Ölkə Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026