DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta" ASC - bu ilin yanvar ayında ləğv olunub) səlahiyyətlərini əldə etdikdən sonra 6,2 min şəxsə proaktiv təyinat aparıb, 6,4 milyon manat sığorta ehtiyatı formalaşdırıb.
Valyuta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
"Ötən dövrdə dövlət icbari şəxsi sığortası üzrə fəaliyyət fərdi uçot prinsipi üzərindən qurulub, fondun sərbəst vəsaitinin idarə olunan kapitala çevrilməsi, maliyyə imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif investisiya sahələrində iştirakın təmin edilməsi üçün qısa müddətdə müvafiq normativ hüquqi baza yaradılıb”, - o vurğulayıb.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay