Redaktor
Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO
Adına özünün də xəbəri olmadan şirkət açılıb, 17 min manata yaxın vergi borcu var.
Valyuta.az xəbər verir ki, hadisə Göyçayın Ərəbşahverdi kənd sakini Elməddin Məmmədovun başına gəlib. İki il əvvəl Bakıda iş axtararkən bir nəfər ona yaxınlaşıb. Elməddinə yaxşı iş vədi verib və onu başqa bir şəxslə tanış edib. Elə hər şeydə bundan sonra baş verib.
Elməddin Məmmədovun sözlərinə görə, bir müddət əvvəl isə ona məktub gəlib ki, 17 min manata yaxın vergi borcu var.
Vəkillər Kollegiyasının üzvü Sadiq Əfəndiyev "Xəzər Xəbər"ə bildirib ki, burada söhbət vətəndaşın aldadılaraq adına hansısa şirkətin təsis edilməsindən gedir ki, bu hallar da son zamanlar geniş yayılıb. Bu şirkətdən şübhəsiz ki, qanunsuz məqsədlər üçün istifadə edilir. Bu cür hallarda vergidən yayınma, pul vəsaitlərinin qanunsuz köçürülməsi, nağdlaşdırılması, hətta ictimai təhlükəliliyi daha böyük olan cinayətlərin törədilməsi mümkündür.
Vətəndaş aldadıldığını bildikdən dərhal sonra ilk növbədə həmin şəxslərə verdiyi etibarnaməni və adına açılmış ASAN imza sertifikatını ləğv etdirməli, bundan sonra isə məsələnin ətraflı araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Araşdırma zamanı vətəndaşın həqiqətən də aldadıldığı, yəni onun adından açılan şirkətdən xəbərinin və törədilən qanunsuz əməllərdə iştirakının olmaması müəyyən edildiyi halda, hər hansı hüquqi məsuliyyət daşımır.
Bütün hüquqi məsuliyyət şirkəti faktiki idarə etmiş şəxslərin üzərinə düşür.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026