Redaktor
Xətai Klinikası həkimlərin pullarını vermir
Xətai Estetik Klinikasında çalışan həkimlər avqust ayından bəri pullarını ala bilmirlər.
Bu barədə Valyuta.az-a məlumat verən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün dəfələrlə klinikanın direktoru Fərid Əliyevə müraciət ediblər. Amma direktor həmin müraciətlərə əhəmiyyət verməyib.
Modern.az məsələni araşdırmaq üçün öncə Xətai Estetik Klinikasının direktoru Fərid Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin o, zənglərimizə cavab verməyib.
Klinikanın "qaynar xətti"nə etdiyimiz zəngə cavab verən əməkdaş isə “biz Reception olaraq əməkhaqqı məsələləri ilə bağlı məlumat verə bilmərik”, - deyib.
Qeyd edilib ki, pulların verilməsi rəhbərliyin səlahiyyətinə daxil olan məsələdir və bu barədə əlavə açıqlamaları yoxdur.
Klinikadan digər məsul şəxslərlə əlaqələndirilmək xahiş edilsə də, əməkdaşlar bundan yayınaraq, “bizə mesaj yazın, nömrəni göndərib yönləndirərik” deyiblər. Danışıq zamanı məsul şəslərin əlaqə nömrəsi istənilsə də, “verə bilmərik, hazırda məşğuluq” cavabı ilə telefonu söndürüblər.
©Modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026