Redaktor
Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Valyuta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, "Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.
Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.
Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.
Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026