“Google”un həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib

Redaktor

22.05.2025 09:30
217

“Google”un həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib

Amerikanın “Google” korporasiyasının həmtəsisçisi, “Forbes” jurnalının versiyasına görə, planetin ən varlı adamları siyahısında (sərvəti - 134 milyard dollar) səkkizinci olan Sergey Brin, naməlum alıcıya “Alphabet” texnoloji şirkətinin təxminən 700 milyon dollar dəyərində səhmlərini bağışlayıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, “Alphabet”in 4,1 milyon səhmi xeyriyyəçiliyə və ya etibar fondlarına yönəldilə bilər. “Bloomberg” qeyd edib ki, Brin tez-tez parkinson xəstəliyini araşdırmaq üçün vəsait bağışlayır. Bundan əlavə, 2023-cü ildə iqlim və səhiyyə məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı yaradıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...