Redaktor
İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar
İş həyatında şüursuz olaraq etdiyiniz bir çox davranış əslində sağlamlığınızı böyük ölçüdə təhdid edir. İşçilər gündəlik iş proseslərində həm zehni, həm də fiziki çətinliklərlə üzləşirlər.
İstəyirik ki, hər kəs rahat və stresiz iş həyatı yaşasın. Ancaq həm günümüzün iş həyatının tələbləri, həm də işçilərin hiss etdiyi təzyiqlər səbəbindən iş həyatında bir çox amillər işçilərin sağlamlığını təhdid edir. Stres və onunla gələn ruhi sıxıntı ilə yanaşı, işçilər bir çox fiziki problemlərlə də üzləşirlər.
İşçilərin sağlamlığını təhdid edən 6 vəziyyəti təqdim edirik:
Daim növbətçi qalmaq
İndi biz bütün işçilərin daha çox işlədiyi və lazım olduğundan daha az istirahət etdiyi bir dövrdəyik. Gərgin iş tempi və sonsuz növbələr getdikcə həyatımızın bir hissəsinə çevrilir. Bununla belə, araşdırmalar həddindən artıq işləməyin insan sağlamlığına mənfi təsirlərini ortaya qoyur. Kanzas Dövlət Universiteti tərəfindən aparılan araşdırmaya görə, həftədə 50 saatdan çox işləyən fərdlərin digər fərdlərə nisbətən fiziki və əqli sağlamlıq problemləri ilə qarşılaşma ehtimalı daha yüksəkdir. Gündə 10 saatdan çox işləyən insanların ürək problemi olma ehtimalı var.
Hərəkətin olmaması
Hər zaman oturmanızı tələb edən bir stolüstü işiniz varsa və işdən kənarda çox hərəkət etməyə meyilli deyilsinizsə, yaxın gələcəkdə bir çox fiziki problemlərlə üzləşə bilərsiniz. Araşdırmalara görə, daim kompüter qarşısında olan və idmanla məşğul olmayan fərdlər digər fərdlərə nisbətən daha çox əzələ və oynaq problemləri yaşayır.
Daşan "Gələnlər qutusu"
Davamlı olaraq gələnlər qutusunu yoxlayan və hər gələn e-poçtu açan birisinizsə, bilməlisiniz ki, bu narahatlıq və stress yarada bilər. Mütəxəssislər bu kimi problemlərin qarşısını almaq üçün gündə üç dəfə gələnlər qutusunu yoxlamağı məsləhət görürlər.
Fasilə verməmək
Əgər işinizi ən qısa zamanda bitirmək və ya iş həyatınızda çox müvəffəqiyyətli olmaq kimi bir səbəblə fasilə vermək istəmirsinizsə və ya fasilə verməyi unutmusunuzsa, bunun diqqətinizi yayındırmağa və stresə səbəb olacağını bilməlisiniz.
İşinizi bəyənməmək
Gördükləri işi bəyənməmək demək olar ki, hər kəs üçün böyük problemdir və bu problem bəzən insanlarda psixi və emosional problemlər yarada bilir. Araşdırmalara görə, çalışdıqları təşkilata aid olduğunu hiss etməyən və işini zərurətdən görən işçilərdə cansıxıcılıq, tükənmişlik və stres əlamətlərinin yaşanma ehtimalı daha yüksəkdir.
Trafikdə vaxt keçirmək
İşə gediş-gəliş zamanı vaxtının əhəmiyyətli hissəsini trafikdə keçirən və bir yerdən başqa yerə gedərkən demək olar ki, hər gün gecikməkdən qorxan insanlarda diqqətin yayınması və stress kimi problemlər yaranır.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026