Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir

Redaktor

05.12.2025 11:08
89

Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir

Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binası 123 çarpayılııq Narkoloji Mərkəzə çevriləcək. 

Valyuta.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən imzalanan satınalma müqaviləsinin  qalibi bəlli olub. 

Sözügedən satınalma müqaviləsini "PRO CONTRUCTION COMPANY" MMC həyata keçirəcək.

Qeyd edək ki, layihə üçün müəyyən olunmuş məbləğ 754 min 795,77 AZN-dir.

"Pro Construction Company” MMC 15 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 manatdır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.

Qeyd edək ki, "Pro Construction Company” MMC cari ildə Səhiyyə Nazirliyi və ona tabeli qurumlarla 4 satınalma müqaviləsi bağlayıb.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...