Redaktor
Bu universitetdə üç yeni ixtisas açıldı
Bakı Mühəndislik Universitetinə (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində əlavə olaraq üç yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Yeni ixtisaslar sırasında qərarlaşan və 55 yer ayrılan “Data analitikası”na qəbul yalnız ingilis bölməsi üzrə aparılacaq. Digər yeni ixtisaslara-“Dekorativ-tətbiqi sənət” və “Turizm işinin təşkili”nə qəbul Azərbaycan bölməsi üzrə həyata keçiriləcək. Bu ixtisaslara müvafiq olaraq 30 və 60 yer ayrılıb.
Ümumilikdə BMU-nun bakalavriat səviyyəsinə qəbul 39 ixtisas üzrə aparılacaq (//beu.edu.az/az/page/bakalavr-tehsili-182/).
Tədris olunacaq ixtisaslara görə ayrılmış 2585 plan yerinin 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsinin (əyani) payına düşür.
Bu ildən yeni ikili diplom proqramı da həyata keçiriləcək. “Kimya mühəndisliyi” ixtisasına kadr hazırlığı Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaq. Yüksək akademik göstəricilərə sahib tələbələr III və IV tədris illərində Çində təhsillərini davam etdirəcəklər.
Qəbul planında bu il də bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması öz əksini tapıb və ümumilikdə 9 ixtisas tədris ediləcək.
Qeyd edək ki, “Memarlıq” və “Dizayn”, o cümlədən yeni açılan “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
©modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025