Redaktor
Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ
Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır.
Bu proses necə tənzimlənir, vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?
Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.
Onlar pensiyaya erkən yaşda çıxa bilərlər?
“Əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb”, - məlumatda bildirilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025