Redaktor
Bu həftə “Bitcoin” və “Ethereum”un qiyməti necə dəyişəcək? - Analitiklər açıqladı
Ötən həftə sonu “Bitcoin” və “Ethereum” gözəl artımlar yaşadı, BTC 70 000 dollara, ETH isə 2 800 dollara yaxınlaşdı.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bu yüksəliş investorları həyəcanlandırsa da, bu vəziyyət qısamüddətli oldu. Daha sonra BTC 2% azalaraq 67 000 dollara, ETH isə 3% azalaraq 2650 dollara düşdü.
Bitcoin və Ethereum başda olmaqla digər altkoinlərdə də geriləmələr olsa da, analitiklər BTC və ETH hələ də mühüm müqavimət səviyyələrini aşa bilmədiyi üçün üfüqi bir həftə proqnozlaşdırırlar.
Sinqapur mərkəzli kriptovalyuta şirkəti “QCP Capital” bu həftə Bitcoin və Ethereum-da üfüqi hərəkətlər gözlədiklərini bildirdi. Onların sözlərinə görə, bunun səbəbi BTC və ETH-nin mühüm müqavimət səviyyələrini aşa bilməməsi və kriptovalyutaların artımı üçün katalizatorun olmamasıdır.
Həm BTC, həm də ETH-nin hələ iyul zirvəsini keçmədiyini, lakin mühüm 70.000 dollar və 2.800 dollar müqavimət səviyyələrinə yaxınlaşdıqlarını bildirən analitiklər, bu səviyyələrin keçəcəyi təqdirdə pərakəndə sektora marağın artacağını və yüksəlişin davam edə biləcəyini bildiriblər.
Analitiklər onu da əlavə etdilər ki, Ethereum 3000 dollara çata bilər.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025