Redaktor
8 minə yaxın müəllim işdən çıxarılıb
"Müəllimlərlə bağlı serifikatlaşdırma prosesində, təxminən, 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir".
Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. "Hansı çalışmalarla uşaq daha çox öyrənir” sualı dərindən tədqiq olunmur”, - nazir bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026