Redaktor
1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap
Qazaxıstanın “DOQ.kz” startapı - həkim qəbulunun onlayn qeydiyyatı və tibbi xidmətlərin idarə olunması üçün platforma - fəaliyyət coğrafiyasını genişləndirərək Dubayda beynəlxalq “oDoctor” brendi ilə işə başlayıb.
Valyuta.az xəbər verir ki, şirkət hazırda beş ölkədə fəaliyyət göstərir: Qazaxıstan, Qırğızıstan, Macarıstan, Rumıniya və Birləşmiş Ərəb Əmirlikləri.
“DOQ.kz” platforması 1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edir. Hər gün minlərlə pasiyentin qəbulu platforma vasitəsilə qeydə alınır.
“DOQ.kz”in baş icraçı direktoru Aydar Arınğazin (Aidar Aryngazin) bildirib ki, şirkət yeni bazarlara daxil olduqca proses daha da asanlaşır.
“DOQ.kz”in baş icraçı direktoru Aydar Arınğazin qeyd edib ki, klinikalər digər ölkələrdəki təcrübəmizi və platformalarımızı gördükdə qərarı çox tez qəbul edirlər və demək olar ki, hamısı dərhal müqavilə imzalayır:
"Körfəz Əməkdaşlıq Şurası (GCC) regionu böyük potensialı və nisbətən aşağı rəqabət səviyyəsi səbəbindən startap üçün cəlbedici bazardır. Bu bazarda “unikorn” şirkət yaratmağın mümkün olduğunu qeyd edən Arınğazin bildirib ki, şirkət fəaliyyətə Dubaydan başlayıb və artıq ikinci ayda mənfəət əldə edib. Yaxın gələcəkdə xidməti Şarcada və Əbu-Dabidə işə salmağı, daha sonra isə Səudiyyə Ərəbistanı bazarına çıxmağı planlaşdırırıq".
Startapın təsisçisinin sözlərinə görə, BƏƏ bazarına çıxış yerli tələbatın bəzi xüsusiyyətlərini də üzə çıxarıb: "İstifadəçilər həkimləri tez-tez milliyyətinə görə axtarırlar - məsələn, rusdilli və ya hindistanlı mütəxəssislər. Bu isə ölkə əhalisinin çoxmillətli tərkibi ilə bağlıdır. Platforma hazırda ingilis dilində fəaliyyət göstərir. Yaxın zamanda ərəb dilinin də əlavə olunması planlaşdırılır ki, xidmət daha geniş auditoriya üçün əlçatan olsun. Komanda həmçinin yerli biznes nümayəndələrinin yüksək səviyyədə dəstəyini qeyd edir".
Perspektivdə startap öz məhsulunu 30 ölkədə istifadəyə verməyi planlaşdırır. Komanda ilin sonuna qədər növbəti investisiya raunduna hazırlıq da aparır. Şirkət daha əvvəl “Almak Capital” və “MOST Ventures” daxil olmaqla investorlar tərəfindən təxminən 2 milyon ABŞ dolları investisiya cəlb edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®
16.03.2026Bəzi ailələr üçün 20 mənzil alınacaq
16.03.2026Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası
16.03.2026“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır
16.03.20261100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap
16.03.2026Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu
16.03.2026Yeni cərimələr təsdiqləndi
16.03.202678 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar
16.03.2026"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb
16.03.2026Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı
16.03.2026Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
16.03.2026Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı
16.03.2026Unun topdansatış qiyməti açıqlandı
16.03.2026Laçında bir milyon manata kanal tikiləcək
16.03.2026Azərbaycanda 2 ayda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb
16.03.2026