"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

Redaktor

16.03.2026 16:10
114

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

ABŞ-ın texnologiya şirkəti “Meta” Niderlandın bulud texnologiyaları təminatçısı “Nebius” ilə süni intellekt infrastrukturu üzrə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb.

Valyuta.az xəbər verir ki,  müqavilənin ümumi dəyərinin 27 milyard dollara qədər çatacağı bildirilir.

Şirkətin açıqlamasına görə, razılaşma çərçivəsində “Nebius” növbəti beş il ərzində müxtəlif regionlarda yerləşən data mərkəzləri vasitəsilə “Meta”ya 12 milyard dollar dəyərində xüsusi hesablama gücü təqdim edəcək. Bu infrastruktur çərçivəsində “Nvidia” şirkətinin ən yeni süni intellekt çiplərindən biri olan “Vera Rubin” çiplərinin iri miqyaslı tətbiqlərindən birinin həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Meta” eyni müddət ərzində “Nebius”dan əlavə hesablama gücü də almağı öhdəsinə götürüb. Bu əlavə resursların dəyərinin ümumilikdə 15 milyard dollara qədər ola biləcəyi qeyd olunur.

“Meta” rəhbərliyi bildirib ki, şirkət təkcə 2026-cı ildə süni intellekt layihələri ilə bağlı kapital xərclərini 135 milyard dollara qədər artırmağı planlaşdırır.

“Nebius”un təsisçisi və baş icraçı direktoru Arkadi Voloj əməkdaşlığı şərh edərək qeyd edib ki, bu razılaşma şirkətin süni intellekt bulud xidmətlərinin genişləndirilməsi strategiyası üçün mühüm addımdır.

“Meta ilə tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq. Bu müqavilə uzunmüddətli və iri həcmli xidmət müqavilələri vasitəsilə əsas süni intellekt bulud biznesimizin inkişafını sürətləndirməyə kömək edəcək”, – deyə Arkadi Voloj bildirib.

Müqavilə barədə xəbərin yayılmasından sonra “Nebius” şirkətinin səhmləri birjadankənar ticarətdə təxminən 14 faiz artım göstərib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Unun topdansatış qiyməti açıqlandı

16.03.2026

Laçında bir milyon manata kanal tikiləcək

16.03.2026

Azərbaycanda 2 ayda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb

16.03.2026
Exchange və banklar avronu neçəyə dəyişir?

Exchange və banklar avronu neçəyə dəyişir? - Müqayisə

16.03.2026

Məzuniyyət vaxtının əməkhaqqısı necə hesablanır?

16.03.2026

Bu şəxslər 2 min manatadək cərimə ediləcək

16.03.2026

Stiv Cobs və digər texnologiya milyarderləri uşaqlarını onları varlandıran məhsullardan uzaq saxlayır

16.03.2026

Finlandiyaya köçməyin yolu: biznesin 30%-nə şərik olmaq

16.03.2026

Bakı mobil internet sürətinə görə 82-ci pilləyə yüksəldi

16.03.2026

Mənzil İnşaatı Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin olundu

16.03.2026

Möminə xatun türbəsinin bərpasının davamına 9 milyon manatdan çox vəsait ayrılıb - SƏRƏNCAM

16.03.2026

Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi - FOTO

16.03.2026

Məzənnə

Yüklənir...