Redaktor
Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu
Qanunsuz onlayn kazino oyunlarına qarşı keçirilən əməliyyat zamanı 4 nəfər tutulub.
Bu barədə Valyuta.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları "Milan", "Sevinc", "Rahat" və "Texas 777" adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
DİN bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırır:
"Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və "asan qazanc" vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik".
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®
16.03.2026Bəzi ailələr üçün 20 mənzil alınacaq
16.03.2026Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası
16.03.2026“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır
16.03.20261100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap
16.03.2026Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu
16.03.2026Yeni cərimələr təsdiqləndi
16.03.202678 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar
16.03.2026"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb
16.03.2026Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı
16.03.2026Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
16.03.2026Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı
16.03.2026Unun topdansatış qiyməti açıqlandı
16.03.2026Laçında bir milyon manata kanal tikiləcək
16.03.2026Azərbaycanda 2 ayda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb
16.03.2026