12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

Redaktor

16.03.2026 18:36
120

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

2025-ci ilin noyabr ayında tanınmış süni intellekt tədqiqatçısı Yann Likun mühüm bir qərar verdi. O, 12 il işlədiyi Meta şirkətindən ayrılaraq yeni bir süni intellekt layihəsinə başlamaq istədiyini şirkətin rəhbəri Mark Zukerberqə bildirdi. Likun hesab edirdi ki, hazırda süni intellekt sahəsində dominant olan texnologiyalar – xüsusilə böyük dil modelləri – əsl intellekt yaratmaq üçün doğru yol deyil.

2026-cı ilin mart ayında onun yeni yaratdığı “Advanced Machine Intelligence Labs adlı startap böyük bir investisiya cəlb etməyi bacardı. Şirkət ilkin maliyyələşdirmə mərhələsində 1.03 milyard dollar vəsait topladı. Bu məbləğ Avropada bir startap üçün indiyə qədər toplanmış ən böyük seed investisiya hesab olunur. İnvestisiya nəticəsində şirkətin bazar dəyəri təxminən 3.5 milyard dollar olaraq qiymətləndirilib.

Yeni şirkətin baş ofisi Paris şəhərində yerləşəcək. Bundan əlavə, gələcəkdə Nyu-York, Montreal və Sinqapur şəhərlərində də ofislərin açılması planlaşdırılır. Likun şirkətdə icraçı sədr kimi fəaliyyət göstərəcək, gündəlik idarəetməni isə fransız sahibkar Aleksandr LeBrun həyata keçirəcək.

Şirkətə böyük texnologiya və investisiya qurumları da maraq göstərib. İnvestorlar arasında “Nvidia”, “Toyota”, “Samsung” və Sinqapurun dövlət investisiya fondu olan “Temasek” kimi böyük qurumlar yer alır. Bundan başqa, Ceff Bezos, Mark Kuban, Erik Şmidt və Tim Berners-Li kimi tanınmış şəxslər də layihəyə yatırım edənlər sırasındadır.

Likunun əsas məqsədi mövcud süni intellekt modellərindən fərqli bir yanaşma yaratmaqdır. Hazırda populyar olan sistemlər – məsələn “ChatGPT”, “Claude” və “Gemini” – əsasən böyük dil modellərinə əsaslanır. Bu modellər böyük mətn bazaları üzərində öyrədilir və cümlədə növbəti sözü təxmin etməklə işləyir. Likun isə bu metodun məhdudiyyətlərinin olduğunu düşünür və belə sistemlərin real dünyanı tam anlamadığını iddia edir.

Bu səbəbdən o, daha fərqli bir konsepsiya üzərində işləyir. Onun təklif etdiyi yanaşma “Joint Embedding Predictive Architecture” adlanır. Bu model süni intellektə yalnız sözləri və ya görüntüləri təxmin etməyi deyil, dünyanın necə işlədiyini daha abstrakt şəkildə anlamağı öyrətməyi hədəfləyir. Məqsəd insan və heyvanların öyrənmə üsuluna daha yaxın olan sistemlər yaratmaqdır.

Şirkətin yaxın illər üçün planları əsasən tədqiqat və inkişaf üzərində qurulub. Likun bildirib ki, ilk il tamamilə elmi araşdırmalara sərf olunacaq. Təxminən 1–2 il ərzində şirkət müxtəlif şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırır. 3–5 il ərzində isə müxtəlif sahələrdə istifadə oluna biləcək daha universal və güclü süni intellekt sistemləri yaratmaq hədəflənir.

Likun həmçinin bu layihənin coğrafi və strateji əhəmiyyətinə də diqqət çəkir. Onun fikrincə, hazırda süni intellekt sahəsində əsas güc mərkəzləri ABŞ və Çində yerləşir. AMI isə Avropada yaradılan və qlobal səviyyədə rəqabət apara biləcək nadir qabaqcıl Aİ laboratoriyalarından biri olmağı hədəfləyir.

Hazırda şirkətin nə məhsulu, nə də gəliri var. Lakin 1 milyard dollardan çox investisiya göstərir ki, investorlar Likunun ideyasına və onun süni intellekt sahəsindəki uzun illərin təcrübəsinə böyük ümid bəsləyirlər. Buna baxmayaraq, gələcəkdə bu yanaşmanın həqiqətən mövcud AI modellərindən daha effektiv olub-olmayacağı hələ də açıq sual olaraq qalır.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Unun topdansatış qiyməti açıqlandı

16.03.2026

Laçında bir milyon manata kanal tikiləcək

16.03.2026

Azərbaycanda 2 ayda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb

16.03.2026
Exchange və banklar avronu neçəyə dəyişir?

Exchange və banklar avronu neçəyə dəyişir? - Müqayisə

16.03.2026

Məzənnə

Yüklənir...