Fintekdə qadın: Karyerasını addım-addım quran Türkan Fərzəliyevanın hekayəsi - Müsahibə
Valyuta.az
14.3K abunəçi
Tələbə vaxtı 4 şirkətdə 2 il pulsuz işləyir. O zaman düşünür ki, gələcəyi üçün bunu etməli, tələbə vaxtı iş həyatına hazır olmalıdır. Universiteti bitirəndə də iş tapmağı çətin olmur, qısa müddətdə iş həyatına keçid edir və marketinq meneceri olaraq uğurla davam edir.
O, “One2One” reklam agentliyində, “Modern Group”, “Azgranata”da marketinq sahəsində çalışıb, “Benish GPS Azerbaijan”da marketinq direktoru olub.
2021-ci ildə “Payriff” ödəniş təşkilatının həmtəsisçilərindən olur. Bu ilin əvvəlinə qədər şirkətin icraçı direktoru idi. Sonra şirkətdən uzaqlaşdı və müşavir olaraq fəaliyyətini davam etdirir.
Lakin yeni layihələrlə bağlı geri dönən Türkan Fərzəliyeva Valyuta.az-ın qonağı oldu, karyerası ilə bağlı keçdiyi yoldan söhbətləşdik.
Qeyd edək ki, T.Fərzəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyaları və sistem mühəndisliyi, Türkiyənin “Bahçeşehir Universitetində marketinq üzrə magistr təhsili alıb. Hazırda isə “Warwick Business School”da (Böyük Britaniya) biznes idarəedilməsi üzrə MBA (Master of Business Administration, yəni Biznesin İdarəedilməsi üzrə Magistr) təhsili alır.
Daha ətraflı videomüsahibədə:
1 500 manatla başlayan “Code Academy” necə böyük şirkət oldu? - Ülvi Aslanovla müsahibə
6 il pulsuz işlədi, 4-cü kursda qurduğu biznes məşhur oldu - Videomüsahibə
17 yaşlı ustanın 6 salon sahibliyinə gedən yolu - MÜSAHİBƏ
Ən aşağı vəzifədən başladığı şirkətdə rəhbərliyə gətirildi - İş adamının hekayəsi
22 ildən sonra iş dəyişikliyi - O, necə xarici şirkətdə direktor oldu?
"Tarqovu"dakı məşhur restoranın sahibləri kimdir? - İki dostun uğur hekayəsi
Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)
Biznesdəki riskləri necə azalda bilərik? - Müsahibə
Alça satan oğlanın idarə heyətinə gedən yolu - VİDEO
Qadın iç geyim brendi yaradan bəy - "Senser"in hekayəsi
Xəyalındakı həyatı yaşayan adam - Pərviz Həsənovun film kimi hekayəsi