Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

Redaktor

08.12.2025 09:38
42

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

İtaliya yay aylarından etibarən avtomobil yollarında görülən tikinti və təmir işləri səbəbindən yaranan tıxacları kompensasiya etmək üçün yeni ödəniş geri qaytarma sistemini işə salacaq.

Yeni qaydaya əsasən, sürücülər 50 kilometrlik marşrutun normal müddətinə əlavə olaraq cəmi 10 dəqiqəlik gecikmə yaşadıqları halda belə ödənişin bir hissəsini geri ala biləcəklər.

Qayda yalnız texniki səbəblər yəni tikinti və təmir nəticəsində yaranan tıxaclara şamil ediləcək. Qəza, pis hava şəraiti və fövqəladə hallar səbəbindən yol bağlanmaları isə sistemdən kənarda qalacaq.

Qeyd olunur ki, geri qaytarmanın həcmi gecikmənin uzunluğuna görə müəyyən ediləcək. Uzaq məsafələrdə 15 dəqiqəni aşan gecikmələr də sürücüyə kompensasiya hüququ verəcək. Əgər gecikmə 3 saata qədər uzanarsa, həmin marşrut üzrə ödənilən yol haqqı tam şəkildə geri qaytarılacaq.

Sürücülər ödənişin geri alınması üçün xüsusi mobil tətbiq vasitəsilə müraciət edəcəklər. Sistem Alman Dəmir Yollarının bilet kompensasiya modelinə bənzər şəkildə işləyəcək. Tətbiqin bütün yol operatorlarını əhatə etməsi nəzərdə tutulur və texniki detallar yaxın günlərdə dəqiqləşdiriləcək.

©Unikal

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

2 il pulsuz işləyən qızın CEO kürsüsünə gedən yolu - Müsahibə

08.12.2025

“Qala Həyat”ın rəhbərliyinə yeni təyinat olub

08.12.2025

"Bayraktar Texnoloji Azərbaycan" tələbələr üçün təcrübə proqramı elan etdi

08.12.2025

1 türk lirəsi 4 qəpikdən aşağı düşdü

08.12.2025

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Məzənnə

Yüklənir...