Redaktor
Azərbaycanda bu universitetdə yeni təqaüd təsis edildi
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib.
Valyuta.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, rektor Anar Eminovun imzaladığı müvafiq əmrə əsasən, 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavr və 5 magistr birdəfəlik 500 manat məbləğində "Rektorun fəxri təqaüdü"nü alacaqlar.
Təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas meyar kimi götürülüb.
Yeni təqaüd proqramı universitetdə tələbəyönümlü idarəetmə prinsiplərinin tətbiqinə və təhsilalanların motivasiyasının artırılmasına yönəlib.
Qeyd edək ki, "Rektorun fəxri təqaüdü" universitetdə ilk dəfə tətbiq olunur. Bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
©Oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025