Redaktor
"Amazon"un bulud xidməti çökdü - Bir çox məşhur saytlarda kəsintilər yarandı
"Amazon" bulud xidmətləri bölməsi - Amazon Web Services (AWS) genişmiqyaslı nasazlıqla üzləşib. Bu problem nəticəsində "Snapchat", "Robinhood","Coinbase", hətta "Amazon.com", "Prime Video" və "Alexa" kimi platformalarda da kəsintilər yaranıb.
Valyuta.az xəbər verir ki, AWS rəsmi status səhifəsində belə bildirib: “Hazırda ABŞ-ın US-EAST-1 regionunda bir çox AWS xidmətlərində xətaların və gecikmələrin artdığını təsdiqləyirik”.
Perplexity şirkətinin baş direktoru Aravind Srinivas “X” (keçmiş Twitter) platformasında paylaşım edib: “Perplexity hazırda fəaliyyət göstərmir. Əsas səbəb AWS-dəki texniki problemdir. Bunu həll etməyə çalışırıq”.
Hazırda Amazon və AWS nümayəndələri məsələ ilə bağlı mediaya açıqlama verməyiblər.
Qeyd edək ki, süni intellekt startapı Perplexity və kriptovalyuta birjası Coinbase də öz xidmətlərindəki problemlərin AWS nasazlığı ilə bağlı olduğunu açıqlayıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025