Ailə biznesi qurmağın mənfi tərəfləri varmı?

Redaktor

11.12.2025 13:20
535

Ailə biznesi qurmağın mənfi tərəfləri varmı?

Bəzən biznes quranda güvənəcəyimiz ortaq axtarırıq və tanıdığımız insanların olmasına üstünlük veririk. Məhz buna görə də bəzi insanlar ailə biznesi yaradır. Evin içindən iş ortağı seçirlər. Bəs ailə biznesinin mənfi tərəfləri varmı?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az bildirdi ki, ailə biznesi dünyada çox yayılmış praktikadır: “Ailə biznesi düzgün idarə edildiyi, yəni peşəkar yanaşıldığı təqdirdə çox effektiv ola bilir. Sadəcə gərək peşəkar yanaşılsın, emosionallıq olmasın. Məsələlərə sırf ailə üzvü, qohumluq kontekstində baxılmasın. Məsələn, cəlb edilmiş əməkdaşlara "ögey" yanaşılmasın. Ailə biznesində normal peşəkar iş mühitinin yaradılması vacibdir".

Onun sözlərinə görə, ailə biznesində rollar, iş bölgüsü, səlahiyyətlər, hesabatlıq çox aydın şəkildə müəyyən edilməlidir. 

İdarəçinin “qadın”ı, “kişi”si olmaz

Bəs ailə biznesi ən çox nələrə məruz qaldıqda batmağa məcbur olur?

A.Bayramov deyir ki, rollar, məsuliyyətlər aydın müəyyənləşdirilməyəndə ailə biznesi batmağa başlayır: “Məsələn, iş yerində kimin müdir olduğu bilinmir və ya hamı müdirdir. Nəticədə hərə bir tərəfə çəkir, heç kimin konkret məsuliyyəti olmur. Daha bir səbəb isə peşəkarlara etibar etməməkdir. "Kənardan kimsə bizim kimi bu işi bilməz" düzüncəsi ilə heç kim yaxına buraxılmır, nəticədə qeyri-peşəkar yanaşma şirkəti batırır. Ailə bizneslərində rast gəlinən ən böyük problemlərdən biri də sərvət-miras bölgüsüdür ki, ciddi sıxıntılar yarada bilir. Bütün bunlar ailə bizneslərində rast gəlinən mənfi nüanslardır."

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...