90-cı illərdən qalan və bu gün də fəaliyyət göstərən 8 ikonik veb-sayt

Redaktor

12.12.2025 15:51
391

90-cı illərdən qalan və bu gün də fəaliyyət göstərən 8 ikonik veb-sayt

1990-cı illərdə həyatımıza daxil olan "World Wide Web"in ilk günləri sadə və həvəskar dizaynlarla yadda qalıb. CERN-dəki ilk veb səhifədən avtomatik şikayət məktubu yaradan qəribə saytlara qədər internetin doğulduğu dövrün ruhunu daşıyan və bu gün də fəaliyyətini davam etdirən 8 ikonik veb-sayta nəzər salırıq.

Valyuta.az xəbər verir ki, 1990-cı illər internet dünyası üçün artıq çox qədim bir dövr hesab olunur. Həmin illərdə "World Wide Web" yenicə formalaşırdı və ABŞ əhalisinin cəmi 14 faizi internetə çıxış əldə edə bilirdi. İnternetə qoşulanlar isə telefon xətləri üzərindən, o məşhur cızıltılı “dial-up” səsi ilə bağlanırdı.

O dövrün veb-saytları bu günün dizayn anlayışı ilə müqayisədə həvəskar görünə bilərdi. Bunun əsas səbəbi texniki məhdudiyyətlər və hələlik formalaşmamış dizayn standartları idi.

Həmin dövrdən qalan saytların çoxu artıq mövcud deyil: “Amazon” və “Coca-Cola” kimi nəhənglərin səhifələri isə onlarla dəfə yenidən dizayn edilib. Lakin bəzi saytlar sahiblərinin domen ödənişlərini davam etdirməsi sayəsində bu günə qədər gəlib çatıb. Statik HTML ilə hazırlanmış səhifələrin işləmə ehtimalı daha yüksəkdir. Bununla belə, həmin saytların müasir təhlükəsizlik protokollarına sahib olmadığını nəzərə alıb, onları ziyarət edərkən diqqətli olmaq tövsiyə olunur.

İnternet tarixinin başlanğıcına işıq salan və 90-cı illərin ruhunu yaşadan 8 ikonik veb-sayt:

1. CERN: internetin ilk ünvanı

WWW buradan başladı. Britaniyalı kompüter alim Tim Berners-Li 1989-cu ildə CERN-də çalışarkən, alimlərin müxtəlif qurumlar arasında məlumat mübadiləsini asanlıqla apara biləcəyi bir sistem yaratmaq məqsədi ilə HTTP, HTML və URL kimi bu gün də istifadə olunan protokolları icad etdi.

Dünyanın ilk veb səhifəsi, serveri və brauzeri Berners-Li tərəfindən hazırlanmışdı. Bu sadə səhifə 1991-ci ilin avqustunda yayıma verildi və WWW-nin nə olduğunu izah edirdi. CERN 2013-cü ildə bu tarixi qorumaq üçün layihə başladığından, həmin ilk səhifə bu gün də ziyarət oluna bilir.

2. Youngmonkey

İlk veb-saytların çoxu universitetlərə və elmi laboratoriyalara məxsus olduğu halda, "Youngmonkey" əyləncə məqsədilə yaradılan ən erkən saytlardan biridir. 1991 və ya 1992-ci illərdə açılan sayt 1997-ci ildəki dizaynını bu gün də saxlayır. Rəqəmsal musiqi, sənət, fantastik mətnlər və müxtəlif texnologiya xidmətləri təqdim edən səhifə “Who Nose” kimi qəribə başlıqlarla diqqət çəkir.

3. The Barney Fun Page

1994-cü ildə yaradılan bu oyun bu gün də işləyir. Sadə qara-ağ "Barney "dinozavr təsvirinə top, mərmi və ya Uzi silahı ilə atəş açmaq mümkündür. Silahdan asılı olmayaraq "Barney"nin nə qədər tez “öldüyü” yalnız neçə dəfə atəş açdığınızdan asılıdır. Sadə qrafikalarına baxmayaraq, 30 illik bu oyun internetin ilk dövrlərinə nostalji ilə baxanların yaddaşında qalır.

4. CBSS, Inc.

Şəbəkə konsaltinq şirkəti CBSS-in saytı internetə erkən daxil olan korporativ səhifələrdən biri oldu. 1992-ci ildə açılan sayt 1998-ci ildə yenilənib. Burada dövrün artıq mövcud olmayan “PSINet” kimi şirkətlərlə əməkdaşlıq məlumatları, "ARCNet" və "Token-Ring" kimi tarixi texnologiya terminləri yer alır.

5. Skott Pakinin avtomatik şikayət məktubu generatoru

1994-cü ildən bəri yayımlanan bu generator, şikayət məktubu ünvanlamaq istədiyiniz şəxs və ya təşkilatın adını daxil etdikdən sonra “Emmanın murdar zəngin sifəti var” kimi təsadüfi ifadələrlə dolu bir mətn yaradır. Yaradıcısı Skott Pakin funksionallığı qorusa da, saytin görünüşü 1990-cı illərdən bəri dəyişməyib.

6. FogCam

Dünyanın ən qədim veb kamerası olan "FogCam" 1994-cü ildə San-Fransisko Dövlət Universitetində quraşdırılıb və 31 ildir fəaliyyət göstərir. Görüntü durağan görünməsinə baxmayaraq, hər 20 saniyədə yenilənir. O dövrdə veb kameralar geniş yayılmadığı üçün sistem köhnə bir "Mac" kompüteri və kamera ilə hazırlanmışdı. Universitet 2019-cu ildə kameranın fəaliyyətini qeyri-müəyyən müddətə dəstəkləyəcəyini açıqladı.

7. Dole/Kemp 1996 kampaniya səhifəsi

1996-cı ildə respublikaçı senator Bob Doul və keçmiş konqres üzvü Cek Kempin Bill Klintona qarşı apardığı seçki kampaniyası üçün yaradılan bu sayt, ən erkən prezidentlik kampaniyası səhifələrindən biridir. Saytda o dövrün siyasətinə dair maraqlı texnoloji qeyd və açıqlamalar yer alır. Səhifə sonuncu dəfə 1996-cı ilin noyabrında yenilənsə də, hələ də onlayndır.

8. Mimi’s Cyber Kitchen

1996-cı il Dünya sərgisinin iştirakçılarından biri olan bu sayt ilk dəfə 1995-ci ildə yaradılıb. Saytda resept kolleksiyası təqdim edilir və veb öncüsü Mimi, “AltaVista” kimi axtarış sistemlərinin necə işlədiyini izah edərək internetə yeni gələnlərə kömək etməyə çalışırdı. Səhifədə sosial media dövründən əvvəl məşhur olan “virtual təbrik kartı” bölməsi də mövcuddur, lakin artıq işləmir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır

12.03.2026

Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi

12.03.2026

"Replit" 400 milyon dollar investisiya cəlb edib

12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?

YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL

12.03.2026

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

12.03.2026

Sabahın hava proqnozu

12.03.2026

Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir

12.03.2026

DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"

12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər

Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...

12.03.2026

Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır

12.03.2026

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq

12.03.2026

Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb

12.03.2026

Məzənnə

Yüklənir...