Redaktor
Pakistanda "Tesla Cybertruck"ın ucuz surəti hazırlandı (FOTO/VİDEO)
Pakistanda yerli bir mühəndis "Tesla Cybertruck" avtomobilinin surətini hazırlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə carscoops.com məlumat yayıb.
Məlumata görə, bu avtomobil naməlum bir pikap modelinin əsasında yığılıb. Avtomobilin hazırlanması üçün 3 milyon Pakistan rupisi (təxminən 18 min manat) xərclənib. Müqayisə üçün qeyd edək ki, ABŞ-da orijinal "Tesla Cybertruck"ın qiyməti 70 min dollardan (təxminən 119 min manat) başlayır.
Pakistanda hazırlanan surət orijinal modeldən ölçü baxımından xeyli kiçikdir: avtomobil daha qısa, daha alçaq və daha dar ölçülərə malikdir. Avtomobilin hansı mühərriklə təchiz olunduğu barədə məlumat verilməyib.
Tesla launched in Pakistan ? pic.twitter.com/wUPGi4QlQj — Frontalforce ?? (@FrontalForce) January 21, 2025
{gallery}
Digər oxşar hallar
Bənzər bir hadisə 2017-ci ildə Braziliyada baş verib. Yerli sakin Xose Sikeyra "Ferrari F40" superkarının surətini hazırlamaq üçün yerli zibilliklərdən tapdığı ehtiyat hissələrindən istifadə edib. Xose özünün "Ferrari" markalı avtomobili olmasını arzulayıb. Lakin avtomobili düzəltdikdən bir il sonra o, maddi çətinliklər səbəbindən maşını satmaq məcburiyyətində qalıb.
Xose Sikeyranın diş həkimliyi kabineti qarət olunduğu üçün işi dayanıb və bu, onun maliyyə vəziyyətinə ciddi təsir edib. Sikeyranın hazırladığı "Ferrari F40"ın satışı ilə bağlı xəbər "Ferrari" şirkətinin diqqətini cəlb edib və şirkət ona qarşı məhkəmə iddiası qaldırıb. Xose də qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsə də, məhkəmə onun tələblərini rədd edib. Hazırda Xose Sikeyranın hesabları dondurulmuş vəziyyətdədir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026