Redaktor
Özünü məhv edən SSD: üzərində "özünü yox et" düyməsi var
SSD-də saxlanılan kritik məlumatların yad əllərə keçməməsi üçün praktik bir həllmi axtarırsınız? O halda üzərində fiziki "özünü məhv etmə düyməsi" olan bu yeni SSD modeli sizin üçün hazırlanıb.
Valyuta.az xəbər verir ki, Tayvan mənşəli aparat istehsalçısı olan "Team Group", PCIe Gen4 NVMe standartında yeni bir SSD təqdim edib. "P250Q" adlandırılan bu modelin ən diqqətçəkən xüsusiyyəti onun üzərində yerləşən fiziki "özünü yox et" düyməsi vasitəsilə istifadəçi məlumatlarını ya tamamilə silə, ya da fiziki olaraq məhv edə bilməsidir.
Məhsul, xüsusilə hərbi, korporativ və yüksək təhlükəsizlik tələb edən sahələr üçün nəzərdə tutulub.
İki mərhələli təhlükəsizlik mexanizmi
SSD-nin bu təhlükəsizlik funksiyası iki rejimdə işləyir:
* Birinci rejimdə, düyməyə 5 ilə 10 saniyə arası basıldıqda proqram təminatına əsaslanan silinmə prosesi işə düşür. Bu, SSD-dəki bütün istifadəçi məlumatlarını silir, lakin qurğuya zərər vermir. Nəticədə SSD sonradan yenidən istifadə oluna bilər.
* İkinci rejimdə, düyməyə 10 saniyədən çox basıldıqda fiziki özünü məhv mexanizmi aktivləşir. Bu proses zamanı SSD-yə yüksək gərginlik tətbiq olunur və NAND yaddaş çipləri fiziki olaraq sıradan çıxarılır. Bu halda məlumatların bərpası tamamilə mümkünsüz hala gəlir.
"Team Group"un təqdimat videosunda bu məhv prosesi zamanı SSD-dən tüstü çıxdığı belə müşahidə olunur.
İstiyə davamlı texnologiyaya ABŞ patenti
"P250Q" modelinin təqdimatı ilə yanaşı, şirkət geniş temperatur aralığında işləyə bilən M.2 SSD texnologiyası üçün "US 12283335 B2" nömrəli ABŞ patentini də əldə etdiyini açıqlayıb. Bu patent çərçivəsində cihazın 85°C ilə 105°C arasındakı mühit temperaturlarında belə sürət itkisiz sabit şəkildə işləyə bildiyi və üç termal zonada məlumat ötürmə sürətini avtomatik tənzimləyə bildiyi vurğulanır.
Yəni yaxın gələcəkdə kompüterlərdə yüksək temperatura daha dözümlü avadanlıq komponentlərinin istifadəsi genişlənə bilər. Lakin o vaxta qədər, kompüterinizi həddindən artıq istilikdən qorumağa davam etməyiniz tövsiyə olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı
20.07.2026İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"
20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
20.07.2026"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı
20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
20.07.2026"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"
20.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
20.07.202610 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
20.07.2026Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb
20.07.2026