Redaktor
Dolların üzərində Trampın imzası? – Rusiya mediasında yayılan məlumatlar təsdiqlənmir
Rusiya mətbuatı Donald Trampın imzasının ABŞ dollarının üzərində yerləşdiriləcəyi ilə bağlı xəbər yayıb. Lakin ABŞ mediasında bu məlumat təsdiqini tapmır və spekulyativ xarakter daşıyır.
TASS agentliyinin yaydığı xəbərə görə, ABŞ Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni təşəbbüs irəli sürüb. Bildirilir ki, plana əsasən, ABŞ dolları üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdirilə bilər.
Məlumatda qeyd olunur ki, Skott Bessent çıxışında Prezident Donald Trampın adını daşıyan dollarların dövriyyəyə buraxılmasının ölkənin tarixi uğurlarını yaddaşlarda saxlamaq baxımından simvolik əhəmiyyət daşıyacağını bildirib.
Bununla belə, ABŞ-ın aparıcı media qurumları – Reuters və Associated Press – belə bir qərarın qəbul edilməsi ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb. Mövcud qaydalara əsasən, ABŞ dollar əskinaslarında yalnız maliyyə naziri və xəzinədarın imzaları yer alır və bu praktika uzun illərdir dəyişməz qalır.
ABŞ-da pul nişanlarının dizaynı və dəyişdirilməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənir və bu proses ciddi təhlükəsizlik standartları və uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. 2026-cı ildə ölkənin 250 illik yubileyi ilə bağlı müxtəlif təşəbbüslərin müzakirə olunduğu bildirilsə də, prezident imzasının dollar üzərində yerləşdirilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Tarixən ABŞ dollarında dəyişikliklər əsasən dizayn və portretlərlə bağlı olub. Müxtəlif dövrlərdə Avraam Linkoln və Corc Vaşinqton kimi prezidentlərin təsvirləri əskinaslarda əks etdirilib və bu dəyişikliklər qanunvericilik prosedurları əsasında həyata keçirilib.
Xatırladaq ki, 1776-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsi ilə ABŞ-nin Britaniya İmperiyasından asılılığına son qoyulub. Sənəd 1776-cı il iyulun 2-də Filadelfiyada qəbul edilib, iyulun 4-də isə onun redaktə olunmuş variantı təsdiqlənərək yayımlanıb. Bu səbəbdən 4 iyul ABŞ-də Müstəqillik Günü kimi qeyd olunur.
Aydın
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb
27.03.2026Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib
27.03.2026Sement ixracından gələn gəlirlərdə milyonluq azalma olub
27.03.2026Vaqif İsrəfilzadənin vəzifəsi kiçildildi, yerinə təyinat oldu
27.03.2026
Dolların üzərində Trampın imzası? – Rusiya mediasında yayılan məlumatlar təsdiqlənmir
27.03.2026Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
27.03.2026Pul idarəetməsində uğurlu olduğunuzu göstərən 8 əlamət - SƏHƏR OXUSU
27.03.2026“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - FOTO/VİDEO
26.03.2026Azərbaycana təhlükəli arılar gətirilib
26.03.2026Devy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti
26.03.2026İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib
26.03.2026Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
26.03.2026Qızıl istehsalında 15%-lik azalma olub
26.03.2026"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir
26.03.2026Alma ixracından alınan gəlir 4 milyon dollar artıb
26.03.2026Özəl fondların yaradılması ilə pensiyalar artacaq
26.03.2026Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya
26.03.2026Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb
26.03.2026