Redaktor
"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib
Yelo Bank 2025-ci ili 31 milyon 276 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12 milyon 22 min manat və ya 27,8% azalma deməkdir.
Faiz xərcləri 2025-ci ildə 67 milyon 550 min manat təşkil edib. Bu, ötən ilin 53 milyon 793 min manatlıq göstəricisi ilə müqayisədə 13 milyon 757 min manat və ya 25,6% artım deməkdir. Faiz yükündəki artım əsasən depozitlər üzrə faiz ödənişlərindən qaynaqlanır. Belə ki, depozitlər üzrə faizlər illik müqayisədə 14 milyon 331 min manat və ya 29,5% artaraq 62 milyon 831 min manata yüksəlib.
Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2024-cü ildə 1,73 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 3 milyon 488 min manata yüksəlib.
Qeyri-faiz gəlirləri tərəfdə isə azalma müşahidə olunub. 2025-ci ildə bu gəlirlər 20 milyon 320 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 11 milyon 446 min manat və ya 36,0% azdır. Qeyri-faiz gəlirlərinin əsas mənbəyi olan alınan haqq və komissiya gəliri də 32,6% azalaraq 11 milyon 639 min manata enib. Bu göstərici ötən il 17 milyon 272 min manat təşkil etmişdi.
Bankın xarici valyutadan gəliri də zəifləyib. 2025-ci ildə bu mənbədən 7 milyon 509 min manat gəlir əldə olunub ki, bu da 2024-cü illə müqayisədə 5 milyon 212 min manat və ya 41,0% azalma deməkdir.
Qeyri-faiz xərcləri isə əks istiqamətdə artmaqda davam edib. 2025-ci ildə bank bu kateqoriyada 91 milyon 317 min manat xərc çəkib – bu da illik müqayisədə 4 milyon 649 min manat və ya 5,4% artım deməkdir.
Xalis əməliyyat mənfəəti isə 38 milyon 137 min manata düşüb. Bu göstərici 2024-cü ildə 39 milyon 377 min manat idi və nəticə etibarilə 1 milyon 240 min manat və ya 3,1% azalma qeydə alınıb.
Depozitlər ümumilikdə artım göstərərək 1 milyard 94 milyon 325 min manata çatsa da, hüquqi şəxslərin depozitləri azalıb. Belə ki, bu kateqoriya üzrə depozitlər 2024-cü ildəki 197 milyon 822 min manatdan, 2025-ci ildə 163 milyon 782 min manata düşüb ki, bu da 34 milyon 40 min manat və ya 17,2% azalma deməkdir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAxtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir
18.06.2026PR böhranı brendi necə gücləndirə bilər?
18.06.2026BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
18.06.2026Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri
18.06.2026"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026