Yay tətilində sahibkarların oxuya biləcəyi 10 kitab

Redaktor

23.07.2026 20:54
33

Yay tətilində sahibkarların oxuya biləcəyi 10 kitab

Avqust ayının yaxınlaşması ilə bir çox sahibkar və startap qurucusu istirahət vaxtını həm də yeni biliklər qazanmaq üçün dəyərləndirməyə çalışır. 

Valyuta.az sahibkarların strateji düşüncə, liderlik, müştəri münasibətləri, investisiya cəlbi və şirkət idarəçiliyi bacarıqlarını inkişaf etdirməsinə kömək edə biləcək 10 kitabın siyahısını təqdim edir. 

1. "The Lean Startup" - Erik Ries

Eric Ries - LTSE

Startapların qeyri-müəyyən şəraitdə necə qurulmasını izah edən bu kitab sahibkarlara məhsulu uzun müddət hazırlamaq əvəzinə, minimum işlək məhsul (MVP) yaratmağı, real müştəri rəyləri toplamağı və məhsulu bu rəylər əsasında təkmilləşdirməyi tövsiyə edir.

2. "The Innovator’s Dilemma" - Kleyton M. Kristensen

Beloved' HBS Professor Clayton Christensen Dies at 67 | News | The Harvard Crimson

Müəllif böyük və uğurlu şirkətlərin niyə kiçik rəqiblərə uduzduğunu izah edir. Kitab bazarı dəyişən innovasiyaların necə yarandığını və şirkətlərin bu dəyişikliklərə niyə gec reaksiya verdiyini göstərir.

3. "The Mom Test" - Rob Fitspatrik

Rob Fitzpatrick – Audio Books, Best Sellers, Author Bio | Audible.com

Müştərilərlə düzgün ünsiyyət qurmağın yollarından bəhs edən kitab sahibkarlara insanların nəzakət naminə dedikləri fikirlərlə real ehtiyacları ayırd etməyi öyrədir.

4. "The Hard Thing About Hard Things" - Ben Horovitz

Ben Horowitz – Wikipedia

Şirkət idarəçiliyinin çətin tərəflərindən bəhs edən bu kitab işdən çıxarmalar, böhranların idarə edilməsi, komandada motivasiyanın qorunması və liderliyin psixoloji yükü barədə praktiki məsləhətlər təqdim edir.

5. "Venture Deals" - Bred Feld və Ceyson Mendelson

書評|スタートアップとベンチャーキャピタルの関係を説明したバイブル|"Venture Deals" by Brad Feld, Jason Mendelson - カタパルトスープレックス

Startap maliyyələşdirilməsi ilə bağlı ən tanınmış kitablardan biri hesab olunur. Burada investisiya müqavilələri, şirkətin qiymətləndirilməsi, səhmlərin bölüşdürülməsi və investorlarla danışıqlar sadə dillə izah edilir.

6. "Founders at Work" - Cessika Livinqston

Jessica Livingston '93 to Deliver Bucknell's 175th Commencement Address

Məşhur startap qurucuları ilə müsahibələrdən ibarət olan kitab onların uğura gedən yolda qarşılaşdıqları çətinlikləri və ilk addımlarını oxucularla bölüşür.

7. "Crossing the Chasm" - Ceffri A. Mur

Geoffrey Moore joins WorkFusion Board of Directors | WorkFusion

Texnologiya məhsullarının erkən istifadəçilərdən kütləvi bazara necə keçdiyini izah edən klassik əsər məhsulun bazarda düzgün mövqeləndirilməsi və satış strategiyalarına dair dəyərli tövsiyələr verir.

8. "High Output Management" - Endryu S. Qrov

Andrew S. Grove | College of Chemistry

İdarəetmə və məhsuldarlıq mövzusunda yazılmış bu kitab rəhbərlərin komandanın səmərəliliyini artırmaq üçün hansı proseslərə üstünlük verməli olduğunu izah edir.

9. "Measure What Matters" - Con Doerr

John Doerr's 'Speed & Scale'; Most Vital Book You'll Read

Kitab OKR (Objectives and Key Results) məqsəd sistemi haqqında məlumat verir və şirkətlərdə məqsədlərin ölçülə bilən nəticələr əsasında müəyyənləşdirilməsinin əhəmiyyətini izah edir.

10. "Shoe Dog" - Fil Nayt

18 Life Lessons from Nike's Co-Founder Phil Knight - Ozan Varol

"Nike" şirkətinin həmtəsisçisi Fil Naytın xatirələrinə əsaslanan bu kitab kiçik bir ideyanın dünyanın ən tanınmış brendlərindən birinə çevrilməsinin hekayəsini danışır. Əsər uğur yolundakı riskləri, uğursuzluqları və əzmkarlığı real nümunələrlə göstərir.

Mütəxəssislərin fikrincə, bu kitablar sahibkarlar və biznes qurmaq istəyənlər üçün həm praktik bilik mənbəyi, həm də motivasiya vasitəsi hesab olunur. Xüsusilə yay istirahəti dövründə bu əsərlərin oxunması gələcək biznes qərarlarının daha düzgün verilməsinə kömək edə bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ilin ən sərfəli ailəvi kurortları açıqlandı - TOP-10

23.07.2026

Yay tətilində sahibkarların oxuya biləcəyi 10 kitab

23.07.2026

"Nvidia" rəhbəri: Süni intellektin bəşəriyyətin sonunu gətirəcəyi iddiaları cəfəngiyatdır

23.07.2026

"ChatGPT"yə güvəndi, reanimasiyaya düşdü - "OpenAI" məhkəməyə verildi

23.07.2026

"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq

23.07.2026

"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır

23.07.2026

"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

23.07.2026

"Tesla" rüblük gəlirini açıqladı

23.07.2026

Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı

23.07.2026

"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

23.07.2026

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Məzənnə

Yüklənir...