Redaktor
"Nvidia" rəhbəri: Süni intellektin bəşəriyyətin sonunu gətirəcəyi iddiaları cəfəngiyatdır
ABŞ-ın "Nvidia" şirkətinin baş icraçı direktoru Censen Huan süni intellektin (Al) bəşəriyyətin sonuna səbəb olacağı və ya ABŞ-də iş yerlərinin yarısını məhv edəcəyi ilə bağlı narahatlıqları kəskin şəkildə tənqid edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumatı "Axios" portalı yayıb.
“İddialar ki, süni intellekt bəşəriyyətin sonunu gətirəcək və ya ABŞ-da iş yerlərinin yarısını məhv edəcək, tamamilə cəfəngiyatdır”, deyə Huan bildirib.
"Nvidia" rəhbərinin sözlərinə görə, süni intellektlə bağlı əsassız qorxuların dövlət siyasətinə təsir etməsinə imkan verilməməlidir.
O hesab edir ki, yeni texnologiyalar ətrafında yaranan həddindən artıq emosional reaksiyalar onların inkişafını ləngidə və ölkənin rəqabət qabiliyyətini zəiflədə bilər.
"Nvidia" 1993-cü ildə yaradılmış ABŞ texnologiya şirkətidir və əsasən qrafik prosessorların (GPU) və digər çiplərin istehsalı ilə məşğuldur. Şirkətin baş ofisi Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir.
"Nvidia"nın məhsulları süni intellekt, video oyunlar və avtomobil sənayesi də daxil olmaqla müxtəlif sahələrdə geniş istifadə olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYay tətilində sahibkarların oxuya biləcəyi 10 kitab
23.07.2026"Nvidia" rəhbəri: Süni intellektin bəşəriyyətin sonunu gətirəcəyi iddiaları cəfəngiyatdır
23.07.2026"ChatGPT"yə güvəndi, reanimasiyaya düşdü - "OpenAI" məhkəməyə verildi
23.07.2026"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq
23.07.2026"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır
23.07.2026"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib
23.07.2026"Tesla" rüblük gəlirini açıqladı
23.07.2026Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı
23.07.2026"Meta" əleyhinə sosial media iddiası geri götürülüb
23.07.2026ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
23.07.2026Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır
23.07.2026"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb
23.07.2026ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb
23.07.2026JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib
23.07.2026Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq
23.07.2026ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
23.07.2026Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir
23.07.2026