İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

Redaktor

23.07.2026 14:00
140

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

Son illərdə Azərbaycanda ipoteka krediti hesabına mənzil alaraq onu kirayəyə vermək investisiya məqsədilə seçilən modellərdən birinə çevrilib. Bir çox şəxslər kirayədən əldə etdikləri gəlirlə aylıq ipoteka ödənişlərini qarşılamağa çalışırlar. Bəs bu yanaşma uzunmüddətli perspektivdə nə dərəcədə effektivdir?

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Valyuta.az-a bildirib ki, Azərbaycanda daşınmaz əmlak hələ də əsas investisiya alətlərindən biri olaraq qalır.

Onun sözlərinə görə, son illərdə investisiya məqsədilə seçilən əmlak növündə də dəyişiklik baş verib: “Əvvəllər investorlar daha çox qeyri-yaşayış və kommersiya təyinatlı obyektlərə üstünlük verirdilərsə, hazırda kiçikölçülü mənzillərə maraq sürətlə artır. Bunu həmin mənzillərin kirayə qiymətlərinin yüksək olması və gəlirlilik səviyyəsinin kommersiya obyektlərinə yaxın, bəzi hallarda isə onlardan daha yüksək olması ilə əlaqələndirmək olar”.

Bakıda kifayət qədər tikinti üçün yararsız olan yerlərdə tikilən evlər var”  - Ramil Osmanlı Pravda.az

R.Osmanlı bildirib ki, kiçik mənzillərin digər üstünlüyü onların daha tez kirayə verilməsidir: “Kommersiya obyektləri boşaldıqdan sonra yenidən kirayəçi tapılması üçün bəzən 2-3 ay, hətta daha çox vaxt tələb olunur. Bu isə ilin müəyyən dövründə gəlir itkisinə səbəb olur və obyektin orta aylıq gəlirliliyini aşağı salır. Məsələn, aylıq 3 min manat kirayə gətirən obyekt 3-4 ay boş qalarsa, illik hesablamada orta aylıq gəliri 2 500-2 600 manat səviyyəsinə düşür. Bu isə investor üçün əlavə risk yaradır. Məhz bu səbəbdən insanlar kiçikölçülü mənzillərə daha çox üstünlük verir və son dövrlərdə ipoteka krediti hesabına mənzil alaraq onu kirayəyə verənlərin sayı da artır”.

Ekspert bildirib ki, ipoteka ilə ev götürüb onu kirayəyə vermək modeli əsasən aylıq gəliri yüksək olmayan, lakin müəyyən ilkin kapitala malik şəxslər tərəfindən seçilir: "Belə şəxslər kirayədən əldə etdikləri gəlirlə ipoteka ödənişlərini qarşılamağa çalışırlar. Lakin hesab edirəm ki, bu, ən uğurlu investisiya modeli deyil.

Bunun əsas səbəbi əksər hallarda mənzilin aylıq kirayə haqqının ipoteka üzrə aylıq ödənişdən aşağı olmasıdır. Nəticədə mənzil sahibi kredit ödənişini tamamlamaq üçün hər ay əlavə vəsait ayırmalı olur. Bundan başqa, daşınmaz əmlakın istismarı zamanı gözlənilməz təmir və digər xərclər də yaranır ki, onların qarşılanması da mülkiyyətçinin üzərinə düşür.

Xüsusilə köhnə yaşayış fonduna aid mənzillərin şəhərsalma və infrastruktur layihələri çərçivəsində söküntüyə məruz qalması ehtimalı nəzərə alınmalıdır. Bu mənada hesab edirəm ki, uzunmüddətli investisiya üçün o qədər də əlverişli deyil. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər uzun illərdir artım dinamikası nümayiş etdirir və ciddi ucuzlaşma müşahidə olunmur. Bu baxımdan daşınmaz əmlak insanlar üçün hələ də əsas investisiya alətlərindən biri olaraq qalır və ona maraq yüksəkdir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

23.07.2026

"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"

23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir?

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar

23.07.2026

"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb

23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

23.07.2026

Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar

23.07.2026

Məzənnə

Yüklənir...