ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

Redaktor

23.07.2026 14:51
50

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard manat) təşkil edib. Bu, ilin əvvəlində qeydə alınan 73,542 milyard ABŞ dolları (125 milyard manat) həcmindən aşağıdır.

Valyuta.az Fonda istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin ümumi gəlirləri 8,531 milyard manat olub.

Bunun 4,953 milyard manatı neft-qaz sazişləri üzrə daxilolmaların, 3,578 milyard manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərin payına düşüb.

Hesabat dövründə Fondun büdcə xərcləri 6,45 milyard manat təşkil edib. Bu məbləğin 6,42 milyard manatı dövlət büdcəsinə transfert olunub.

Neft və qaz sazişləri üzrə gəlirlərin 4,948 milyard manatı mənfəət nefti və qazının satışından, 4,9 milyon manatı akrhesabı ödənişlərindən, 0,9 milyon manatı isə bonus və tranzit gəlirlərindən formalaşıb. Hesabat dövründə ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4,375 milyard manat, “Şahdəniz” yatağından isə 437,1 milyon manat vəsait daxil olub.

Yanvar-iyun aylarında icrası davam edən dövlət proqramlarının maliyyələşdirilməsinə ümumilikdə 14,3 milyon manat ayrılıb. Bunun 2,1 milyon manatı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na, 12,3 milyon manatı isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na yönəldilib. Fondun idarəetmə xərcləri isə 15,4 milyon manat təşkil edib.

ARDNF bildirib ki, hesabat dövründə qızılın qiymətində və valyuta məzənnələrində baş verən dəyişikliklər nəticəsində 3,688 milyard manat həcmində büdcədənkənar xərc yaranıb.

Fondun qiymətləndirməsinə görə, 2026-cı ilin birinci yarısında ABŞ-İran münaqişəsi qlobal maliyyə və enerji bazarlarında volatilliyi artıraraq investisiya portfelinə mənfi təsir göstərib. İkinci rübdə isə maliyyə bazarlarında qismən bərpa qeydə alınıb, lakin qızıl qiymətlərindəki dəyişikliklər idarə olunan vəsaitlərin gəlirliliyinə mənfi təsir göstərib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

23.07.2026

"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"

23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir?

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar

23.07.2026

Məzənnə

Yüklənir...