Redaktor
Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli bu ilin II rübünə 72 milyard 597 milyon ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 81 milyon ABŞ dolları və ya 9,1% çoxdur.
Valyuta.az xəbər verir ki, 2025-ci il iyunun 30-na Fondun aktivləri 66 milyard 516 milyon ABŞ dolları təşkil edib.
Eyni dövrdə ARDNF-nin cəmi investisiya portfelinin həcmi də artaraq 66 milyard 515,2 milyon ABŞ dollarından 72 milyard 595,1 milyon ABŞ dollarına yüksəlib. Beləliklə, investisiya portfeli bir il ərzində 6 milyard 79,9 milyon ABŞ dolları və ya 9,1% artıb.
İnvestisiya portfelinin valyuta strukturu da dəyişib. ABŞ dollarının portfeldəki payı ötən ilin eyni dövründəki 66,5%-dən 69,7%-ə yüksəlib. Əvəzində avronun payı 20,9%-dən 17,7%-ə, İngilis funt sterlinqinin payı 5,1%-dən 4,9%-ə, Çin yuanının payı isə 2,4%-dən 2,3%-ə enib. Yapon yeninin payı 1,4%-dən 1,5%-ə, digər valyutaların payı isə 3,7%-dən 3,9%-ə yüksəlib.
Bununla yanaşı, ABŞ dolları portfelində qızıl investisiyalarının xüsusi çəkisi də artıb. Belə ki, 2025-ci ilin iyunun sonunda bu göstərici 28,8% olduğu halda, 2026-cı ilin eyni dövründə 31,4%-ə çatıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib
23.07.2026"Tesla" rüblük gəlirini açıqladı
23.07.2026Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı
23.07.2026"Meta" əleyhinə sosial media iddiası geri götürülüb
23.07.2026ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
23.07.2026Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır
23.07.2026"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb
23.07.2026ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb
23.07.2026JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib
23.07.2026Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq
23.07.2026ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
23.07.2026Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir
23.07.2026