"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

Redaktor

23.07.2026 17:50
34

"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

Süni intellekt və robototexnika sahəsində fəaliyyət göstərən “Atoms” 1,7 milyard dollar investisiya cəlb edib. İnvestisiya raunduna “Andreessen Horowitz” rəhbərlik edib. 

Valyuta.az xəbər verir ki, investisiyadan sonra “Andreessen Horowitz”in həmtəsisçisi Ben Horovits (Ben Horowitz) şirkətin direktorlar şurasına qoşulub. Şirkətin bazar dəyəri isə açıqlanmayıb.

Şirkət bildirib ki, cəlb olunan vəsait robototexnika və avtomatlaşdırma texnologiyalarının inkişafına, mühəndis heyətinin genişləndirilməsinə və fiziki sektorlarda istifadə olunacaq avtonom sistemlərin hazırlanmasına yönəldiləcək.

“Atoms” “Uber”in həmtəsisçisi Travis Kalanik (Travis Kalanick) tərəfindən yaradılıb və istehsal, logistika, mədənçilik və digər fiziki sahələrdə süni intellekt və robototexnika texnologiyalarının tətbiqini genişləndirməyi hədəfləyir.

Bu məqsədlə şirkət ağır sənaye avtomatlaşdırılması üzrə fəaliyyət göstərən “Pronto” şirkətini də öz tərkibinə qatıb. “Pronto” mədənçilik və sənaye nəqliyyat vasitələri üçün avtonom idarəetmə texnologiyaları hazırlayır.

“Atoms”un uzunmüddətli məqsədi fiziki istehsal proseslərini daha səmərəli etmək, avtomatlaşdırmanı genişləndirmək və proqram təminatı ilə idarə olunan sənaye ekosistemi formalaşdırmaqdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq

23.07.2026

"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır

23.07.2026

"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

23.07.2026

"Tesla" rüblük gəlirini açıqladı

23.07.2026

Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı

23.07.2026

"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

23.07.2026

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

Məzənnə

Yüklənir...