"Tesla" rüblük gəlirini açıqladı

Redaktor

23.07.2026 17:30
238

"Tesla" rüblük gəlirini açıqladı

"Tesla" 2026-cı ilin ikinci rübündə gəlirlərini illik müqayisədə 26% artıraraq 28,24 milyard dollara çatdırıb. Bu göstərici analitiklərin 25,71 milyard dollarlıq proqnozunu üstələyib.

Valyuta.az xəbər verir ki, şirkətin səhm üzrə düzəldilmiş mənfəəti 33 sent olub. Bu isə bazarın 51 sentlik gözləntilərindən aşağı qalıb. Maliyyə nəticələrinin açıqlanmasından sonra "Tesla"nın səhmləri birjadan sonrakı ticarətdə təxminən 4% ucuzlaşıb.

Şirkətin xalis mənfəəti illik müqayisədə 5% azalaraq 1,11 milyard dollara, əməliyyat mənfəəti isə 57% azalaraq 398 milyon dollara enib.

İkinci rübdə "Tesla" 480 min 126 avtomobil təhvil verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Avtomobil satışlarından əldə olunan gəlirlər isə 23% artaraq 20,5 milyard dollara yüksəlib.

Şirkətin süni intellekt, robotaksi, yarımkeçiricilər, batareyalar və "Optimus" humanoid robot layihələrinə yatırımlarının artması nəticəsində kapital xərcləri 142% artaraq 5,79 milyard dollara çatıb. Bu səbəbdən "Tesla" ikinci rübdə 1,09 milyard dollar mənfi sərbəst pul axını qeydə alıb.

Bundan başqa, şirkət "Cybercab" adlı sükanı və pedalı olmayan tam avtonom avtomobilinin istehsalına Texasdakı zavodunda başladığını açıqlayıb. "Tesla" həmçinin robotaksi xidmətinin ABŞ-ın bir sıra şəhərlərində genişləndirildiyini bildirib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır

23.07.2026

"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

23.07.2026

"Tesla" rüblük gəlirini açıqladı

23.07.2026

Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı

23.07.2026

"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

23.07.2026

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Məzənnə

Yüklənir...