2026-cı ilin ən sərfəli ailəvi kurortları açıqlandı -

Redaktor

23.07.2026 21:42
34

2026-cı ilin ən sərfəli ailəvi kurortları açıqlandı - TOP-10

Portuqaliyanın cənubunda yerləşən məşhur Alqarve kurortu 2026-cı ilin yay mövsümü üçün Avropada ailəvi istirahət baxımından ən sərfəli istiqamət seçilib. Ötən il reytinqdə üçüncü yerdə qərarlaşan kurort bu il siyahıya liderlik edib.

Valyuta.az xəbər verir ki, “The Independent” nəşrinin yazdığına görə, reytinq “Post Office” təşkilatının hazırladığı “Family Holiday Costs Barometer” araşdırmasına əsaslanır. Ekspertlər qiymətləndirmə zamanı turistlərin ən çox istifadə etdiyi 10 əsas xidmət və məhsulun qiymətlərini müqayisə ediblər.

Araşdırmaya aşağıdakılar daxil edilib:

* bir fincan qəhvə;
* bir şüşə pivə;
* bir banka kola;
* bir qədəh şərab;
* bir şüşə mineral su;
* günəşdən qoruyucu krem;
* həşərat əleyhinə vasitə;
* iki uşaq pizzası;
* iki nəfər üçün iki növlü nahar;
* şərab və alkoqolsuz içkilərlə birlikdə ailə üçün üç növlü şam yeməyi.

Hesablamalarda aviabiletlərin və otel xərcləri nəzərə alınmayıb.

Alqarvedə bu xidmətlərin ümumi dəyəri orta hesabla 140 funt sterlinq təşkil edir.

Kurortda bir fincan qəhvənin qiyməti 1,27 funt sterlinq, günəşdən qoruyucu kremin qiyməti 9,95 funt sterlinq, iki nəfərlik iki növlü naharın qiyməti isə orta hesabla 20,97 funt sterlinqdir.

Bolqarıstan ikinci yerdədir

Reytinqdə ikinci yeri Bolqarıstanın Qara dəniz sahilində yerləşən “Günəşli sahil” (Sunny Beach) kurortu tutub.

Burada eyni xidmətlərin ümumi dəyəri 142 funt sterlinq təşkil edir. Bununla belə, ailə üçün içkilərlə birlikdə üç növlü şam yeməyi Alqarve ilə müqayisədə daha ucuzdur – 73 funt sterlinq. Alqarvedə isə bu göstərici 78 funt sterlinqdir.

Ən bahalı istiqamət İtaliyadadır

Araşdırmada ümumilikdə Avropanın 22 turizm istiqaməti qiymətləndirilib.

Siyahının ən bahalı kurortu İtaliyanın Sorrento şəhəri olub. Burada eyni "turist səbəti"nin dəyəri 268 funt sterlinq təşkil edir ki, bu da Alqarvedəki göstəricidən təxminən iki dəfə yüksəkdir.

“Post Office Travel Money” bölməsinin rəhbəri Lora Plankett bildirib ki, Avropa kurortları arasında xərclər baxımından ciddi fərqlər mövcuddur.

Onun sözlərinə görə, səyahətə çıxmazdan əvvəl yemək, içki və digər gündəlik turist xərclərini əvvəlcədən araşdırmaq büdcənin düzgün planlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

2026-cı ildə Avropada qiymət və keyfiyyət nisbətinə görə ailəvi istirahət üçün ən sərfəli 10 istiqamət:

1. Alqarve, Portuqaliya
2. “Günəşli sahil” (Sunny Beach), Bolqarıstan
3. Lansarote, Kanar adaları, İspaniya
4. Menorka, Balear adaları, İspaniya
5. Kosta-Brava, İspaniya
6. Tenerife, Kanar adaları, İspaniya
7. Marmaris, Türkiyə
8. Kosta-del-Sol, İspaniya
9. Kosta-Blanka, İspaniya
10. Pafos, Kipr

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Səsli danışırsız, reklam görürsünüz: Smartfon həqiqətən sizi dinləyirmi?

23.07.2026

2026-cı ilin ən sərfəli ailəvi kurortları açıqlandı - TOP-10

23.07.2026

Yay tətilində sahibkarların oxuya biləcəyi 10 kitab

23.07.2026

"Nvidia" rəhbəri: Süni intellektin bəşəriyyətin sonunu gətirəcəyi iddiaları cəfəngiyatdır

23.07.2026

"ChatGPT"yə güvəndi, reanimasiyaya düşdü - "OpenAI" məhkəməyə verildi

23.07.2026

"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq

23.07.2026

"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır

23.07.2026

"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib

23.07.2026

"Tesla" rüblük gəlirini açıqladı

23.07.2026

Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı

23.07.2026

"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

23.07.2026

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

Məzənnə

Yüklənir...