Redaktor
“Uğur - 99 dəfə yıxılıb, 100-cü dəfə ayağa qalxmaq bacarığıdır” - SƏHƏR OXUSU
Yaponiyalı məşhur sahibkar, “Honda” şirkətinin qurucusu Soiçiro Honda belə deyirdi: “Uğur - 99 dəfə yıxılıb, 100-cü dəfə ayağa qalxmaq bacarığıdır”. Bu sadə səslənsə də, arxasında böyük bir həyat və biznes fəlsəfəsi dayanır. Çünki sahibkarlıq yolunda heç nə ilk cəhddə alınmır. Heç kim uğura düz xətlə getmir. Hər addımda yeni çətinliklər, yeni səhvlər və yeni qərarsızlıqlar ortaya çıxır. Amma bu yolun içində qalmaq üçün insanın özünü bu reallığa hazırlaması vacibdir.
Valyuta.az xəbər verir ki, uğursuzluq çox zaman insanlarda peşmanlıq və inamsızlıq hissi doğurur.
Bəzən bir ideya uğursuz alınanda insanlar onu birdəfəlik atırlar. Amma uğursuzluq bir növ təlim kimidir. Necə ki, idmançı uğur qazanmaq üçün saysız-hesabsız məşqlər edir, biznesdə də uğur üçün bir neçə dəfə yıxılmaq labüddür. Əsas məsələ bu yıxılmalardan sonra ayağa qalxıb yenidən cəhd etməkdir.
Sahibkarlar üçün uğursuzluğu öncədən planın bir hissəsi kimi qəbul etmək faydalıdır. Bu zaman insan hər problemi böhran kimi yox, öyrənmək fürsəti kimi görür. Məsələn, bir məhsul bazarda uğur qazanmadıqda, sual vermək lazımdır: Nəyi fərqli edə bilərdim? Müştəri nə istəyirdi ki, mən təklif edə bilmədim? Bu cür suallar uğursuzluğun içində gizlənmiş dərsi tapmağa kömək edir.
“Honda” şirkətinin ilk illərində motorlu velosipedlər istehsal edilirdi. Amma məhsul bazarda maraq doğurmadı. Bu vəziyyət bir çox insan üçün layihəni dayandırmaq səbəbi olardı. Lakin Soiçiro Honda geri çəkilmədi. O, bazarı daha dərindən öyrənməyə başladı, insanların nə axtardığını anlamağa çalışdı və nəticədə şirkətin istiqamətini dəyişdi. Bugünkü “Honda” - məhz o uğursuzluqlardan çıxan nəticələrin məhsuludur.
Əgər səhər günə belə bir sualla başlasan: “Bu gün nəyisə səhv etsəm, bundan nə öyrənəcəyəm?” - o zaman sənin üçün səhv artıq qorxulu olmur. Əksinə, yeni bir bacarıq, yeni bir təcrübə və bəlkə də yeni bir yol açan fürsətə çevrilir. Uğur bəzən birbaşa gəlmir - o, səhvlərin arasında gizlənir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-da hara səyahət etməli və Avropanın müxtəlif guşələrində hansı yeniliklər olacaq?
08.01.2026Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz
08.01.2026Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası
08.01.2026"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?
08.01.2026Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir
08.01.2026İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət
08.01.2026Sahil Babayevin yeni müavini o oldu
08.01.2026Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək
08.01.2026Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər
08.01.2026"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi
08.01.20262026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?
08.01.2026"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib
08.01.2026Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur
08.01.2026İxrac gəlirləri azalan şirkətlər - SİYAHI
08.01.2026