Redaktor
Türkiyədə “Papara” satışa çıxarılır
Türkiyənin “Əmanətlərin Sığortalanması Fondu” (TMSF) “PPR Holding Anonim Şirkəti”nin törəmə şirkətlərinə aid iştirak paylarının satışı ilə bağlı tender elanı yayımlayıb.
Valyuta.az xəbər verir ki, tender elanına əsasən, “PPR Holding”in 100 faiz iştirak payı satışa çıxarılıb.
Bu tender “Papara” qrupuna daxil olan dörd şirkəti - “Papara Elektron Pul” ASC, “Papara Texnologiya”, “Papara Sığorta Vasitəçilik Xidmətləri” və “Papara Qiymətli Kağızlar”ı əhatə edir.
Satış prosesi qapalı təklif və açıq artırma üsullarının birgə tətbiqi ilə həyata keçiriləcək. Təklif olunan ilkin qiymət 4,27 milyard TL, iştirak üçün tələb olunan təminat məbləği isə 213,5 milyon TL-dir. Şərtlər toplusunun qiyməti 300 min TL, məlumatların incələnməsi və müəssisəyə səfər üçün ödəniş isə 750 min TL olaraq müəyyən edilib.
İnvestorlar 20 yanvar - 6 fevral 2026 tarixləri arasında məlumat incələmə hüququna malik olacaqlar. Son təklif təqdimetmə tarixi 9 fevral 2026, təkliflərin açılması və açıq artırma isə 10 fevral 2026-cı il tarixində baş tutacaq.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər
23.01.2026Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?
23.01.2026İndi izlənilib, investisiya ediləsi ən yaxşı kiçik səhmlər
23.01.2026Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR
23.01.2026Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək
23.01.2026Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir
23.01.2026Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir
23.01.2026Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib
23.01.2026Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı
23.01.2026Azərbaycanda qanunvericiliyi pozan məşhur şirkətlər- ADLAR
23.01.20266 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı
23.01.2026S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
23.01.2026Azərbaycanda internet provayderi cərimələnib
23.01.2026