“Trendyol Go”dan “Uber Eats”ə transfer

Redaktor

15.01.2026 22:17
48

“Trendyol Go”dan “Uber Eats”ə transfer

“Trendyol Go”nun həmsədri Mərvə Başçı “Uber Eats”in Birləşmiş Krallıq üzrə əməliyyat rəhbəri vəzifəsinə təyin edilib.

Valyuta.az xəbər verir ki, o, bu vəzifədə çatdırılma əməliyyatları, restoran tərəfdaşları ilə əlaqələr, istifadəçi təcrübəsi və kuryer proseslərinin idarə olunmasına cavabdeh olacaq.

Xatırladaq ki, bu ilin may ayında “Uber”in “Trendyol Go”nu satın alması barədə məlumat yayılmışdı. Sözügedən alışdan sonra şirkət rəhbərliyində mühüm dəyişikliklər baş verib. Mərvə Başçının yeni təyinatı bu dəyişikliklərin ən önəmlilərindəndir.

Başçı, Türkiyədə əldə olunan çatdırılma təcrübəsini Birləşmiş Krallıq bazarına daşımaqdan qürur duyduğunu bildirib. O, yerli komandaların bacarıqlarının “Uber”in qlobal inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.

Mərvə Başçı “Trendyol Go”dakı fəaliyyətindən əvvəl bir sıra beynəlxalq və regional şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Karyerasına “Coca-Cola”da başlayan Başçı, daha sonra “Unilever”də Avropa, Asiya və Latın Amerikası bazarlarını əhatə edən gəlir idarəetmə layihələrində iştirak edib. Çatdırılma sektoruna isə “Glovo”da hesab menecmenti komandalarına rəhbərlik etməklə daxil olub. O, MBA təhsilini “INSEAD”da, bakalavr təhsilini isə “Sabancı Universiteti”ndə sənaye mühəndisliyi ixtisası üzrə başa vurub.

“Uber” həmçinin bildirib ki, Türkiyə əməliyyatlarına “Trendyol Go-Uber Eats”in həmsədri Ege Atikkan rəhbərlik etməyə davam edəcək. Bu təyinat şirkətin Türkiyəni istedad və innovasiya mərkəzi kimi mövqeləndirmə strategiyasını daha da gücləndirir. Hazırda İstanbulda fəaliyyət göstərən Texnologiya Mərkəzində çalışan mühəndis komandaları “Uber”in çatdırılma və mobillik platformaları üçün qlobal məhsullar hazırlamaqda davam edir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Çindən "Tesla"ya "gözdağı": Tək yanacaq çəni və tək şarjla 1 700 kilometr

15.01.2026

Texnologiya, yoxsa status simvolu: "Vertu Agent Q" niyə bu qədər bahadır?

15.01.2026

“Trendyol Go”dan “Uber Eats”ə transfer

15.01.2026

"iPhone 18 Pro" son 12 ildəki ən böyük dizayn dəyişikliklərini ortaya çıxardı

15.01.2026

Şirkətlər "Expressbank"dan 8 milyondan çox depoziti geri çəkib

15.01.2026

Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq

15.01.2026

Yasamalda binadakı yanğın söndürülüb - YENİLƏNİB

15.01.2026

İşindən nifrət edənlər nə etməli?

15.01.2026
Bu şəxs vəzifəsindən azad edildi - Sərəncam

Bu şəxs vəzifəsindən azad edildi - Sərəncam

15.01.2026

Biznesdə qərarvermə: instinktləmi, yoxsa dəqiq məlumatlarla?

15.01.2026

2026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili

15.01.2026

"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb

15.01.2026

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

15.01.2026

Hesablama Palatasının 5 illik Strateji Planı təsdiqləndi

15.01.2026
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

15.01.2026
Expressbank-ın mənfəəti kəskin azaldı

Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL

15.01.2026
İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

15.01.2026

Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək

15.01.2026

ADY-nin sədr müavini vəzifəsindən azad edilib

15.01.2026

Məhkəmə hakimləri ilə bağlı qanunlarda dəyişiklik edildi

15.01.2026

Məzənnə

Yüklənir...