Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək

Redaktor

15.01.2026 16:26
130

Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  Rusiya mətbuatının yaydığı məlumata görə, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bildirilir ki, sözügedən restoran Voronej şəhərində arxeoloji irs hesab olunan ərazidə tikilib. Bələdiyyə nümayəndələri belə bir zonada tikinti üçün xüsusi icazənin tələb olunduğunu qeyd ediblər. Onların məlumatına görə, müvafiq sənədlər yalnız əvvəllər ərazidə yerləşən və sahəsi təxminən 400 kv. m olan yaşayış evi üçün mövcud olub.

Məhkəmə sənədlərinə görə, Y.Xəlilov satın aldığı ərazidə yerləşən həmin evi sökərək qanunsuz olaraq ümumi sahəsi təxminən 1700 kv. m olan restoran tikib.

Qərardan bir ay ərzində şikayət verilə biləcəyi bildirilir.

Xatırladaq ki, Yusif Xəlilov ötən ilin avqust ayında həbs edilmişdi. O, oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl (7153 manat) verməkdə ittiham edilirdi. Daha sonra Xəlilov azadlığa buraxılıb və ailəsi ilə birlikdə Bakıya gəlib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili

15.01.2026

"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb

15.01.2026

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

15.01.2026

Hesablama Palatasının 5 illik Strateji Planı təsdiqləndi

15.01.2026
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

15.01.2026
Expressbank-ın mənfəəti kəskin azaldı

Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL

15.01.2026
İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

15.01.2026

Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək

15.01.2026

ADY-nin sədr müavini vəzifəsindən azad edilib

15.01.2026

Məhkəmə hakimləri ilə bağlı qanunlarda dəyişiklik edildi

15.01.2026

Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir

15.01.2026

İlon Maskın yeni vədi: "Roadster" kosmik texnologiya ilə təchiz ediləcək

15.01.2026

MİQ imtahanı ödənişli olacaq - Prezident təsdiqlədi

15.01.2026
Tanınmış iş adamı vəfat etdi

Tanınmış iş adamı vəfat etdi

15.01.2026

Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər

15.01.2026

Göbələk telininin kilosunu bu ölkədən 4 manata almışıq

15.01.2026

Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi

15.01.2026

Tələbələrin yaratdığı "YumaX" startapı qalib oldu

15.01.2026

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat - FOTO

15.01.2026
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir

“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir

15.01.2026

Məzənnə

Yüklənir...