Redaktor
Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir
ABŞ-da yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynov səhv yol seçimi nəticəsində immiqrasiya orqanları tərəfindən saxlanılıb və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında tutulur.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü bildirib ki, agentlər Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.
Saxlanmanın konkret hüquqi əsasları isə açıqlanmayıb.
Buffalo Universitetinin sözçüsü Con Della Kontradanın verdiyi məlumata görə, Şövqi Hüseynov 2022-ci ildən etibarən ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi əsasında Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi fəaliyyət göstərir.
ICE sözçüsü isə Hüseynovun ölkəyə universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulan J-1 vizası ilə daxil olduğunu, hazırda isə onun başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Bununla yanaşı, ICE Hüseynovun “hazırda etibarlı hüquqi statusa malik olmadığını” iddia edib və deportasiya prosesinin başladıldığını açıqlayıb.
Qeyd edək ki, Ş.Hüseynovun heç bir cinayət keçmişi yoxdur və onun ABŞ-da 2029-cu ilə qədər işləməsinə imkan verən iş icazəsinin mövcud olduğu bildirilir.
Şövqi Hüseynov bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Son bir il ərzində Buffalo ərazisində Kanadaya aparan körpülərə səhvən daxil olan ən azı beş nəfər immiqrasiya orqanları tərəfindən saxlanılıb. Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu statistika yalnız daha əvvəl deportasiya edilmiş şəxsləri əhatə edir. Hüseynov kimi səhv dönüş etdikdən sonra saxlanılan, lakin cinayət məsuliyyətinə cəlb olunmayan şəxslərin sayı daha çoxdur.
Xatırladaq ki, Ş.Hüseynov 4 ildir Jacobs Məktəbində mürəkkəb nevrologiya tədqiqatları aparır, beyin və immun sisteminin necə birlikdə işlədiyini anlamaq üçün opioid asılılığı olan siçanların beynindəki müxtəlif bioloji hadisələrə diqqət yetirir. O, həmkarları ilə birlikdə bir neçə tədqiqat məqaləsi dərc edib .
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib
15.01.2026
Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL
15.01.2026
İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?
15.01.2026Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək
15.01.2026ADY-nin sədr müavini vəzifəsindən azad edilib
15.01.2026Məhkəmə hakimləri ilə bağlı qanunlarda dəyişiklik edildi
15.01.2026Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir
15.01.2026İlon Maskın yeni vədi: "Roadster" kosmik texnologiya ilə təchiz ediləcək
15.01.2026MİQ imtahanı ödənişli olacaq - Prezident təsdiqlədi
15.01.2026
Tanınmış iş adamı vəfat etdi
15.01.2026Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər
15.01.2026Göbələk telininin kilosunu bu ölkədən 4 manata almışıq
15.01.2026Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi
15.01.2026Tələbələrin yaratdığı "YumaX" startapı qalib oldu
15.01.2026Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat - FOTO
15.01.2026