İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

Redaktor

15.01.2026 16:42
518

İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

Son dövrlər əmək bazarında tez-tez rast gəlinən hallardan biri də işaxtaran namizədlərin göndərdiyi CV-yə HR mütəxəssislərinin bəzən çox qısa zaman çərçivəsində - hətta eyni gün müsahibəyə dəvət etməsidir. Bu yanaşma bir sıra namizədlər tərəfindən narazılıqla qarşılanır. Onlar hesab edirlər ki, müsahibə üçün ən azı bir gün öncədən xəbərdarlıq edilməlidir. Bəs bu məsələ HR peşəkarlığı baxımından necə qiymətləndirilir?

Rəqəmsal Kadr Agentliyinin İnsan Resursları üzrə meneceri Röyal Əhmədov Valyuta.az-a bildirdi ki, hazırda əmək bazarında vəziyyət kifayət qədər qarışıqdır: "Şirkətlərin paylaşdığı vakansiyalarda tələb olunan meyarlarla namizədlərin göndərdiyi CV-lər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Nəticədə iş axtaran şəxs eyni anda bir çox vakansiyaya müraciət edir. Belə halda hər hansı bir şirkətdən geridönüş aldıqda namizəd zaman məsələsində bunu problem etməməlidir".

Ekspertin sözlərinə görə, əgər namizəd aktiv şəkildə iş axtarır və CV göndərirsə, bu artıq onun təcili axtarışda olduğunu göstərir: "Bu səbəbdən də HR tərəfindən sürətli geridönüşlərin olması əslində müsbət haldır. Çünki əmək bazarında ən çox rast gəlinən narazılıqlardan biri də CV göndərilən şirkətlərdən ümumiyyətlə cavab gəlməməsidir. Belə olan halda sürətli geridönüşün mənfi yox, əksinə, müsbət qarşılanması daha məntiqlidir".

R.Əhmədov qeyd edir ki, bəzi hallarda namizəd müsahibənin növbəti günlərə keçirilməsini xahiş edə bilər: "Məsələn, namizəd regiondadır və ya həmin gün Bakıda deyil. Bu cür hallar başadüşüləndir və HR tərəfindən anlayışla qarşılana bilər. Lakin “məşğulam”, “planlarım var idi”, “öncədən desəydiniz, daha yaxşı olardı” kimi ümumi arqumentlərlə şirkətə qarşı mənfi reaksiya göstərilməsi peşəkar yanaşma hesab edilmir".

Ekspert vurğulayır ki, namizədlər nəzərə almalıdırlar ki, CV göndərilən istənilən şirkətdən geridönüş həm bir neçə saat sonra, həm bir neçə gün sonra, həm də ümumiyyətlə gəlməyə bilər: "Bu, HR mütəxəssislərinin qeyri-peşəkarlığı kimi qiymətləndirilməməlidir. Eyni zamanda əmək bazarında elə şirkətlər var ki, paylaşdıqları elanlar real olmur və məqsədli namizəd axtarışına xidmət edir. Bu səbəbdən göndərilən CV-lərə namizədi itirməmək üçün çox sürətli geridönüş edirlər. Buna görə də iş axtaran şəxslər CV göndərdikləri şirkəti əvvəlcədən araşdırmalı, geridönüşün hansı şirkətdən gələcəyini bilməlidirlər".

"Digər tərəfdən, real və məqsədli namizəd axtarışında olan şirkətlər də uyğun namizədi itirməmək üçün çox sürətli hərəkət edirlər. Tikinti, istehsalat, xidmət sektoru və ya tanınmış brendlər daxil olmaqla bir çox normal və sistemli şirkətlərdə geridönüşlərin sürətli olması həmin təşkilatın HR proseslərinin adekvat işlədiyini göstərir", - deyə ekspert əlavə edir.

R.Əhmədovun fikrincə, namizədlər CV göndərməzdən əvvəl müraciət etdikləri şirkətləri araşdırmalıdırlar: "Hansı şirkətdən, hansı vaxtda geridönüş gələ biləcəyini təxmin etmək bu baxımdan vacibdir. Namizədə sürətli geridönüş edilməsi əmək bazarı üçün müsbət siqnaldır və bu hal narazılıq doğurmamalıdır".

Ekspert həmçinin işaxtaranların tez-tez yol verdiyi səhvlərdən birinə də diqqət çəkir. Onun sözlərinə görə, namizədlər uyğun olub-olmamasından asılı olmayaraq bütün vakansiyalara CV göndərməməlidirlər: "Bu yanaşma effektiv deyil. Bilik və bacarıqlara uyğun vakansiyalara müraciət etmək həm geridönüş ehtimalını artırır, həm də namizəddə “mənə heç kim cavab vermir” kimi yanlış düşüncənin formalaşmasının qarşısını alır".

Nəticə etibarilə, ekspert hesab edir ki, HR tərəfindən eyni gün və ya qısa müddət ərzində müsahibəyə dəvət edilməsi qeyri-peşəkar yanaşma deyil. Əksinə, həm şirkətin təcili işçi axtarması, həm də namizədin təcili iş axtarışında olması bu prosesi şərtləndirir. Bu səbəbdən sürətli geridönüşlərə namizədlərin narazılığı əsaslı hesab edilmir və əmək bazarının mövcud reallıqları çərçivəsində normal qarşılanmalıdır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“ADA” Universitetinin tenderi ləğv edildi

11.03.2026

Daha 8 startap vergidən azad olundu

11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır

500 manatla corab brendi qurdu - 15 manata satır

11.03.2026

İcra başçısı 27 nəfəri işdən çıxardı

11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

11.03.2026

“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®

11.03.2026

"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək

11.03.2026

Azərbaycanda banklara belə nəzarət ediləcək

11.03.2026

Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI

11.03.2026

"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb

11.03.2026
Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır?

Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA

11.03.2026

Azərbaycan nefti ucuzlaşıb

11.03.2026

“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı

11.03.2026

Rublu olanların nəzərinə - Məzənnə açıqlandı

11.03.2026
Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi?

Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi? - Hüquqşünas açıqladı

11.03.2026

5000 dollarlıq ideyanı milyardlıq biznesə çevirdi - “Spanx”in yaranma hekayəsi - SƏHƏR OXUSU

11.03.2026

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Məzənnə

Yüklənir...