Redaktor
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir
Ötən il “Xalq Bank"ın xalis mənfəəti 2024-cü illə müqayisədə 7,1% və ya 4 milyon 640 min manat azalaraq 61 milyon 81 min manat təşkil edib. 2024-cü ildə bank 65 milyon 721 min manat xalis mənfəət əldə etmişdi.
Valyuta.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 24,3% artaraq 228 milyon 641 min manat, faiz xərcləri isə 94,2% artaraq 97 milyon 362 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 52 milyon 336 min manat ( illik müqayisədə 22,2% çox ), qeyri-faiz xərcləri isə 115 milyon 96 min manata ( illik müqayisədə 15,7% çox) bərabər olub.
Ötən il bankın aktivləri 115 milyon 621 min manat və ya 3,8% artaraq 3 milyard 184 milyon 466 min manat təşkil edib. Bu dövrdə “Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2,11% azalaraq 1 milyard 847 milyon 435 min manata çatıb.
“Xalq Bank”ın cəmi öhdəlikləri isə 2 milyard 642 milyon 014 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,29% və ya 84 milyon 159 min manat çoxdur.
Hesabat dövründə bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) də 0,83% və ya 15 milyon 902 min manat artaraq 2 milyard 220.9 milyon manata yüksəlib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb
07.03.2026Qarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU
07.03.20262026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026