2026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili

Redaktor

25.01.2026 11:31
431

2026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili

Elektrik avtomobili əldə etmək ətraf mühiti qorumaq üçün əla addım sayılsa da, bu, həmişə büdcəyə uyğun olmur. Son illərdə bir çox EV modelləri əlçatan qiymətlərə yaxınlaşsa da, bəziləri hələ də bir çox sürücü üçün bahalı qalır. Xoşbəxtlikdən, 2026-cı ildə bəzi EV modellərinin qiymətlərinin enməsi proqnozlaşdırılır.

CWK Media-nın avtomobil müxbiri Kendra Sommer bildirib:

"Gələn il EV avtomobillərinin qiymətlərində azalma gözlənilir. Bu dəyişiklik bir sıra bazar amillərinin bir araya gəlməsi nəticəsində baş verir. Bu amillərə sabiq prezident Co Baydenin EV vergi güzəşti, batareyaların ucuzlaşması və ümumi tələbatın azalması daxildir. Bu da istehsalçıları qiymətləri aşağı salmağa vadar edir."

Bəs konkret hansı markalar və modellər ucuzlaşacaq? “GOBankingRates” bir neçə avtomobil eksperti ilə danışaraq 2026-cı ildə qiyməti düşəcək 6 EV modelini müəyyən edib:

"Ford Mustang Mach-E"

Başlanğıc qiymət: 39,840 dollar

“ProElectrical” şirkətinin sahibi Daniel Vasilevskiyə görə, ən böyük qiymət enişi bu modeldə olacaq.

"Hazırkı tövsiyə olunan pərakəndə satış qiymətləri ilə müqayisədə, təxminən 4,500-6,000 dollar arasında azalma gözlənilir. Bu da demək olar ki, 15%-lik qiymət enişidir. Ford hazırda anbarlarda qalan böyük miqdarda satılmamış avtomobili təmizləməlidir," – deyə o bildirib.

"Hyundai IONIQ 5"

Başlanğıc qiymət: 36,600 dollar

AutoInsurance.org-un avtomobil sənayesi üzrə eksperti Melani Musson qeyd edib ki, bu modelin qiyməti 2026-cı ildə 10,000 dollar aşağı düşə bilər.

"EV istehsalçıları artıq benzinlə işləyən avtomobillərlə eyni şərtlərlə rəqabət aparmalıdırlar. Hökumət subsidiyaları yoxdur, buna görə də qiymətlər vergi güzəşti olan vaxtla eyni səviyyədə saxlanmağa çalışılır. Hyundai isə ABŞ-da yerləşən zavodunda böyük həcmdə istehsal etməklə xərcləri azalda bilir," – deyə o bildirib.

"Tesla Model Y"

Başlanğıc qiymət: 41,630 dollar

Vasilevski bildirib ki, bu model hələ də öz sinfində liderdir, xüsusilə daha uzun məsafə qət etmə imkanları və proqram təminatının effektivliyi ilə.

"Son 12 ayda batareya istehsalı üçün istifadə olunan xammalın qiyməti ciddi şəkildə azalıb. Bu da istehsalçıya qiymətləri aşağı salmaq üçün imkan yaradır," – deyə o əlavə edib.

"Kia EV9"

Başlanğıc qiymət: 56,495 dollar

Musson bildirib ki, bu modelin qiyməti də aşağı düşür. Səbəblərdən biri də bu avtomobilin ABŞ-ın Corciya ştatında, "IONIQ 5" ilə eyni zavodda istehsal olunmasıdır.

"Sadələşdirilmiş istehsal prosesi və ABŞ istehsalı Kia üçün xərcləri azaltmağa kömək edir və bu, həm mənfəəti qoruyur, həm də qiymətləri aşağı salmağa şərait yaradır," – deyə o bildirib.

"Cadillac OPTIQ"

Başlanğıc qiymət: 52,695 dollar

Sommer qeyd edib ki, bu lüks kompakt elektrik krossoveri 2025-ci il model ilində Şimali Amerika bazarına çıxıb, lakin 2026-cı il modeli üçün qiymət təxminən 2,000 dollar azaldılıb.

Sommer bu modeli ötən yay test edib:

"Sevdiyim xüsusiyyətlərdən biri GM-in Super Cruise texnologiyasıdır – bu, əllərsiz idarəetmə sistemidir. Əgər bir az lüksə sahib EV axtarırsınızsa, bu model yaxşı seçimdir."

"Ford Lightning"

Başlanğıc qiymət: 57,375 dollar

Musson hesab edir ki, bu modelin qiyməti də 2026-cı ildə təxminən 4,000 dollar azalacaq.

"Yalnız qiymət deyil, həm də aşağı səviyyəli modellər daha yaxşı və uzunməsafəli batareyalarla təchiz olunacaq," – deyə o əlavə edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Azərbaycanlı sahibkar xanımlar “Women in Tech”də çıxış edib

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

Məzənnə

Yüklənir...