İşindən nifrət edənlər nə etməli?

Redaktor

15.01.2026 19:28
380

İşindən nifrət edənlər nə etməli?

Yeni il bir çox insan üçün fikirlərini yenidən qiymətləndirmək, istəklərini yenidən düşünmək və hədəflərini təyin etmək üçün fürsət yaradır. Lakin iqtisadi qeyri-müəyyənlik və iş yerlərində ixtisarlar “mən bu işi sevmirəm, amma dəyişə bilmərəm” fikrini gücləndirir.

Əgər siz də sevmədiyiniz işdə ilişib qalmısınızsa, bu vəziyyət sizi dayandırmamalıdır. Dəyişiklik etməyə hazır olmadığınız və ya edə bilmədiyiniz halda belə, bu müddəti məqsədli və faydalı yaşaya bilərsiniz.

Güclü tərəflərinizə fokuslanın

Biz adətən problemlərə və çatışmazlıqlara diqqət yetiririk. Bu isə işə qarşı narazılığı artırır. Qarşılaşdığınız çətinliklərdən çox, hansı tapşırıqlar sizə enerji verdiyini müəyyənləşdirin. Daha çox həmin sahələrdə iştirak etməyə çalışın və rəhbərinizə öz bacarıqlarınızı necə istifadə edə biləcəyinizi bildirin.

Strateji münasibətlər qurun

Məsuliyyət və rutinə düşmək sizi izolyasiya edə bilər. Bunun əvəzinə, təşkilatınızda və sahənizdə sizi ruhlandıran, sizə nümunə olan insanlarla əlaqə yaradın. Kiçik söhbətlər belə yeni fürsətlərə yol aça bilər.

Problemləri həll etməyə çalışın

Əgər siz işdə nəyinsə düzəlməli olduğunu düşünürsünüzsə, bunu şikayət etmək əvəzinə tədbirə çevirin. Prosesləri təkmilləşdirmək üçün ideya təklif edin və ya pilot layihə yaradın. Bu cür təşəbbüslər həm sizin dəyərinizi göstərər, həm də gündəlik işə daha çox mənalı məna qata bilər.

Karyera inkişafına sərmayə qoyun

Sevmədiyiniz işdə olduğunuzu hiss etmək vaxt itkisi kimi görünə bilər, amma əslində bu bir hazırlıq dövrüdür. Gələcək imkanlar üçün hansı bacarıqları inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və kurslar, sertifikatlaşdırma proqramları və ya mentorluq vasitəsi ilə özünüzü gücləndirin.

Özünüzü müdafiə etməyi öyrənin

Bəzən işdən narazılıq hissi ondadır ki, özünüzü dəyərsiz və dəstək almamış hiss edirsiniz. Məsələn:

Sizin titulunuz məsuliyyətlərinizlə uyğun gəlirmi?

Kompensasiya sizin əməyinizə uyğundurmu?

İş yükünüz balanslıdırmı?

Bu məsələləri açıq və peşəkar şəkildə rəhbərinizlə müzakirə etmək özünüzə inamınızı artırar və hazırlaşdığınız növbəti addım üçün sizə dəstək olar.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Məzənnə

Yüklənir...