Redaktor
"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək
Avstraliyalı proqram təminatı şirkəti "Atlassian" işçi heyətinin təxminən 10%-ni ixtisar edəcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu qərar nəticəsində şirkətdə çalışan təxminən 1600 nəfər işdən çıxarılacaq.
Şirkət bildirir ki, ixtisarlar süni intellekt texnologiyalarına və korporativ satışlara daha çox investisiya yönəltmək məqsədilə həyata keçirilir.
Bundan əlavə, "Atlassian"ın texnologiya direktoru Rajeev Rajanın martın 31-dən etibarən vəzifəsindən ayrılacağı da təsdiqlənib.
Qeyd edək ki, şirkətin səhmləri ötən il təxminən 33% dəyər itirib. Bu isə investorların proqram təminatı sektorunun gələcək artım tempi ilə bağlı narahatlığını göstərir.
Sərvanə Rəmixanova