Çindən "Tesla"ya "gözdağı": Tək yanacaq çəni və tək şarjla 1 700 kilometr

Redaktor

15.01.2026 23:14
25

Çindən "Tesla"ya "gözdağı": Tək yanacaq çəni və tək şarjla 1 700 kilometr

Elektrikli avtomobillərdə illərdir əsas problem kimi göstərilən məsafə narahatlığı artıq yerini heyrətamiz göstəricilərə verir. 

Valyuta.az xəbər verir ki, Çin avtomobil istehsalçısı “Xpeng”in təqdim etdiyi “super uzadılmış məsafə” texnologiyası təkcə Çində deyil, Avropa, Yaxın Şərq və Afrika bazarlarında da tarazlığı dəyişməyə namizəddir. Şirkətin yeni təqdim olunan “G7” SUV və “P7+” sedan modelləri tək yanacaq çəni və tam doldurulmuş batareya ilə uzun məsafəli səfərləri mümkün edir.

“Xpeng G7” texniki göstəricilərinə görə hazırda dünyadakı bütün SUV modellərini geridə qoyur. Avtomobildə 55,8 kVt/saat tutumlu batareya paketi və yalnız generator funksiyası yerinə yetirən kiçik benzin mühərriki mövcuddur. Bu hibrid quruluş avtomobil tam dolu vəziyyətdə 1 704 kilometr məsafə qət etməyə imkan verir. Bu göstərici Pekindən Şanxaya fasiləsiz hərəkətə bərabər sayılır.

Ənənəvi hibrid sistemlərdən fərqli olaraq, bu texnologiyada benzin mühərriki təkərlərə birbaşa güc ötürmür, yalnız batareyanı doldurur. Nəticədə avtomobil hər zaman elektrik mühərriki ilə hərəkət edir.

Təqdimat tədbirində diqqət çəkən digər model “P7+” sedan olub. “Xpeng”in icraçı direktoru He Syaopenqin sözlərinə görə, bu model yalnız batareya ilə 430 kilometr məsafə qət edə bilir, ümumi yürüş məsafəsi isə 1 550 kilometrə çatır.

Şirkətin ən diqqətçəkən addımlarından biri qiymət siyasəti ilə bağlıdır. “Xpeng” tam elektrikli və məsafə artırıcılı versiyaları eyni başlanğıc qiyməti ilə satışa çıxarır. Bu yanaşma istehlakçıların seçim prosesini asanlaşdırmağı hədəfləyir. “G7” modeli təxminən 28 min ABŞ dollarından, “P7+” isə 26 min 600 ABŞ dollarından başlayan qiymətlərlə bazara təqdim olunur.

Özünü “Tesla”nın ən ciddi rəqiblərindən biri kimi mövqeləndirən “Xpeng” ötən il tədarük göstəricilərinə görə “Nio” və “Li Auto” kimi nəhəngləri geridə qoyaraq Çinin aparıcı markalarından birinə çevrilib. Şirkət rəhbərliyi etiraf edir ki, bütün bazarlarda tam elektrikli avtomobillərə tələbat Çindəki qədər yüksək deyil.

Bu səbəbdən “Global 2.0” strategiyası çərçivəsində məsafə artırıcılı modellərə üstünlük verilir. Yeni avtomobillər xüsusilə şarj infrastrukturu zəif olan bölgələrdə yaşayan və uzun məsafə qət edən istifadəçiləri hədəfləyir.

Sektordakı bu dinamika bazar liderliyində də ciddi dəyişikliklərə yol açıb. “BYD” ötən il satışlarını 28 faiz artıraraq “Tesla”nı geridə qoyub və dünyanın ən çox elektrikli avtomobil satan istehsalçısı olub. “Tesla”nın satışları isə 2025-ci ildə təxminən 9 faiz azalıb. Analitiklərə görə, “Xpeng”in bu yeni addımı qlobal rəqabəti daha da sərtləşdirəcək.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026 üçün Avstriyanın ən perspektivli startapları

15.01.2026

Çindən "Tesla"ya "gözdağı": Tək yanacaq çəni və tək şarjla 1 700 kilometr

15.01.2026

Texnologiya, yoxsa status simvolu: "Vertu Agent Q" niyə bu qədər bahadır?

15.01.2026

“Trendyol Go”dan “Uber Eats”ə transfer

15.01.2026

"iPhone 18 Pro" son 12 ildəki ən böyük dizayn dəyişikliklərini ortaya çıxardı

15.01.2026

Şirkətlər "Expressbank"dan 8 milyondan çox depoziti geri çəkib

15.01.2026

Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq

15.01.2026

Yasamalda binadakı yanğın söndürülüb - YENİLƏNİB

15.01.2026

İşindən nifrət edənlər nə etməli?

15.01.2026
Bu şəxs vəzifəsindən azad edildi - Sərəncam

Bu şəxs vəzifəsindən azad edildi - Sərəncam

15.01.2026

Biznesdə qərarvermə: instinktləmi, yoxsa dəqiq məlumatlarla?

15.01.2026

2026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili

15.01.2026

"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb

15.01.2026

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

15.01.2026

Hesablama Palatasının 5 illik Strateji Planı təsdiqləndi

15.01.2026
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib

15.01.2026
Expressbank-ın mənfəəti kəskin azaldı

Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL

15.01.2026
İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

İş axtaranlar deyir: Niyə şirkətlər müsahibəni sabaha yox, bu günə təyin edirlər?

15.01.2026

Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək

15.01.2026

ADY-nin sədr müavini vəzifəsindən azad edilib

15.01.2026

Məzənnə

Yüklənir...