Redaktor
"iPhone 18 Pro" son 12 ildəki ən böyük dizayn dəyişikliklərini ortaya çıxardı
Son sızmalar göstərir ki, "Apple iPhone X"dən bəri "iPhone" dizaynında ən böyük dəyişiklik üzərində işləyir.
Valyuta.az xəbər verir ki, "Digital Chat Station" insayderinin məlumatına görə, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərində ekran altı "Face ID" funksiyası olacaq.
Şayiələrə görə, ön kamera ekranın sol yuxarı küncünə köçürülə bilər və bunun nəticəsində ekranın "ada" hissəsi aradan qalxacaq. Digər tərəfdən, əsas "iPhone 18" və "iPhone Air 2" modelləri tanış "Dynamic Island" kəsiyi ilə klassik dizaynı qoruyacaq.
Digər texniki xüsusiyyətlər mövcud modellərə yaxın qalacaq: ekran diaqonalları, 120 Hz yenilənmə tezliyi və bütün yeni "iPhonelarda LTPO" texnologiyası. Bu, istifadəçi təcrübəsinin əsasən "iPhone 17"yə yaxın olacağı, lakin Pro modellərin görünüşünün daha müasir və minimalist olacağı deməkdir.
Hesabatda həmçinin qeyd olunur ki, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" dəyişən diafraqmalı kamera və 2 nm texnologiyalı yeni, daha güclü A20 Pro çipi ilə təchiz olunacaq. Bu, cihazın sürətini və enerji effektivliyini xeyli artıracaq.
Yeni modellərin rəsmi təqdimatı ənənəvi olaraq 2026-cı ilin sentyabrında gözlənilir, əvvəlki "iPhone" nəsillərində olduğu kimi. Lakin şayiələr buraxılış qrafikində dəyişiklik ola biləcəyinə işarə edir: adi "iPhone 18 Pro" versiyalarından təxminən yarım il gec çıxa bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇindən "Tesla"ya "gözdağı": Tək yanacaq çəni və tək şarjla 1 700 kilometr
15.01.2026Texnologiya, yoxsa status simvolu: "Vertu Agent Q" niyə bu qədər bahadır?
15.01.2026“Trendyol Go”dan “Uber Eats”ə transfer
15.01.2026"iPhone 18 Pro" son 12 ildəki ən böyük dizayn dəyişikliklərini ortaya çıxardı
15.01.2026Şirkətlər "Expressbank"dan 8 milyondan çox depoziti geri çəkib
15.01.2026Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq
15.01.2026Yasamalda binadakı yanğın söndürülüb - YENİLƏNİB
15.01.2026İşindən nifrət edənlər nə etməli?
15.01.2026
Bu şəxs vəzifəsindən azad edildi - Sərəncam
15.01.2026Biznesdə qərarvermə: instinktləmi, yoxsa dəqiq məlumatlarla?
15.01.20262026-cı ildə ucuzlaşacaq 6 elektrik avtomobili
15.01.2026"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb
15.01.2026COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
15.01.2026Hesablama Palatasının 5 illik Strateji Planı təsdiqləndi
15.01.2026
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib
15.01.2026
Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL
15.01.2026