Texnologiya nəhənglərinin gəliri kəskin artıb - Rəqəmlər açıqlandı

Redaktor

29.01.2026 15:25
29

Texnologiya nəhənglərinin gəliri kəskin artıb - Rəqəmlər açıqlandı

ABŞ texnologiya şirkətlərindən “Microsoft”, “Meta” və IBM-in gəlirləri ötən ilin oktyabr–dekabr dövründə bazar gözləntilərindən yüksək olub.

Valyuta.az xəbər verir ki, maliyyə təqvimində 31 dekabr 2025-də başa çatan üç aylıq dövrü 2026 maliyyə ilinin ikinci rübü kimi qəbul edən “Microsoft” maliyyə hesabatını açıqlayıb.

Buna əsasən, şirkətin gəliri ötən ilin oktyabr–dekabr dövründə illik müqayisədə 17 faiz artaraq 81,3 milyard dollara yüksəlib. “Microsoft” əvvəlki ilin eyni dövründə 69,6 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də eyni dövrdə təxminən 60 faiz artaraq 38,5 milyard dollara çatıb. Bu göstərici əvvəlki ilin eyni dövründə 24,1 milyard dollar olmuşdu.

Həmin dövrdə səhm başına mənfəət 3,23 dollardan 5,16 dollara yüksəlib. “Microsoft”un gəlir və mənfəəti bazar proqnozlarını üstələyib. Şirkətin “Azure” və digər bulud xidmətlərindən əldə etdiyi gəlir də eyni dövrdə 39 faiz artıb.

"Meta"nın gəliri 24 faiz artıb

“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi olan “Meta” da ötən ilin dördüncü rübünə dair maliyyə hesabatını yayımlayıb. Hesabata görə, şirkətin 2025-ci ilin son rübündə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 59,9 milyard dollara yüksəlib. “Meta” 2024-cü ilin eyni dövründə 48,4 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 9 faiz artaraq 22,8 milyard dollara çatıb. Bu göstərici 2024-cü ilin eyni dövründə 20,8 milyard dollar olmuşdu. “Meta”nın 2024-cü ilin dördüncü rübündə 8,02 dollar olan səhm başına mənfəəti ötən ilin eyni dövründə 8,88 dollara yüksəlib.

Şirkətin gəlir və mənfəəti bu dövrdə də bazar gözləntilərini üstələyib. “Meta” 2026-cı ilin birinci rübü üçün 53,5 milyard dollar ilə 56,5 milyard dollar arasında gəlir gözlənildiyini açıqlayıb. Şirkət 2026-cı il üzrə ümumi xərclərin 162 milyard dollar ilə 169 milyard dollar arasında olacağını, artımın əsasən infrastruktur xərclərindən qaynaqlanacağını bildirib.

Şirkətin baş icraçı direktoru Mark Zakerberq maliyyə nəticələrini dəyərləndirərkən 2025-ci ildə güclü performans nümayiş etdirdiklərini qeyd edərək deyib: “2026-cı ildə dünyanın hər yerində insanlar üçün fərdi super zəkanın inkişaf etdirilməsini səbirsizliklə gözləyirəm”.

IBM-in maliyyə nəticələri də gözləntiləri aşdı

Ötən ilin dördüncü rübünə dair maliyyə hesabatını açıqlayan IBM-in gəliri də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 19,7 milyard dollara yüksəlib. Şirkət 2024-cü ilin eyni dövründə 17,6 milyard dollar gəlir əldə etmişdi.

IBM-in xalis mənfəəti isə ötən ilin son rübündə 91 faiz artaraq 5,6 milyard dollara çatıb. Bu göstərici 2024-cü ilin eyni dövründə 2,9 milyard dollar idi. Şirkətin 2024-cü ilin dördüncü rübündə 3,09 dollar olan səhm başına mənfəəti ötən ilin son rübündə 5,88 dollar təşkil edib.

IBM-in də gəlir və mənfəəti hesabat dövründə bazar gözləntilərindən yüksək olub. IBM-in baş icraçı direktoru Arvind Krişna proqram təminatı sahəsində ikirəqəmli artımla güclü gəlir əldə etdiklərini bildirib. Şirkətin generativ süni intellekt üzrə iş həcminin 12,5 milyard dolları keçdiyini qeyd edən Krişna, 2026-cı ilə yüksək dinamika və güclü mövqelə malik olduqlarını vurğulayıb.

Krişna bu il 5 faizdən çox gəlir artımı və təxminən 1 milyard dollarlıq sərbəst nağd pul axını artımı gözlədiklərini də açıqlayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda ötən ilin ən riskli internet provayderləri açıqlandı

29.01.2026

Ölkəyə idxal edilən düyünün qiyməti ucuzlaşıb

29.01.2026

"Tesla" bu avtomobil modellərinin istehsalını dayandırır - SƏBƏB

29.01.2026

Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilər? - AÇIQLAMA

29.01.2026

İstintaqa baxmayaraq, bir ildə 11,6 milyard dollar gəlir əldə ediblər

29.01.2026

Texnologiya nəhənglərinin gəliri kəskin artıb - Rəqəmlər açıqlandı

29.01.2026

Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə

29.01.2026

Fuad Nağıyev bu idarəyə xanım rəis təyin etdi

29.01.2026

Neft Fondu ötən il nə qədər valyuta satıb? - Aylıq dinamika

29.01.2026
“Son 3 ədəd qaldı” cümləsi müştərini almağa vadar edir"

“Son 3 ədəd qaldı” cümləsi müştərini almağa vadar edir"

29.01.2026

ABŞ hökuməti qanunları belə süni intellektə yazdırır

29.01.2026

Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək

29.01.2026

Onlar əsgərlikdən tamamilə azad edilir

29.01.2026

Şəxsi aşpaza 500 min dollar maaş - Milyarderlərin yemək xərcləri

29.01.2026

Dünyada ən çox avtomobil satan istehsalçı oldu

29.01.2026

Milyarderlərin ən çox narahat olduğu mövzular açıqlanıb

29.01.2026

Milli valyutada verilmiş uzunmüddətli kreditlərin həcmi artıb

29.01.2026

TikTok-un ən məşhuru 1 milyard dollarlıq razılaşma imzaladı

29.01.2026

Sabah hava yağmursuz olacaq

29.01.2026

DSX generalı yüksək vəzifəyə təyin edildi

29.01.2026

Məzənnə

Yüklənir...